Əfqan Sadıqov həbs edildi

Azәrbaycan futbolunda rusvayçılıq

Azәrbaycanın I divizionunda daha bir biabırçı hadisә baş verib.

"Milli Yol" qafqazinfo-ya istinadən xәbәr verir ki, çempionatın son turunda MOİK-lә qarşılaşan “Şahdağ” klubu meydana 9 futbolçu ilә çıxıb.

Maliyyә problemlәri içindә boğulan klub rәhbәrliyi meydana çıxarmağa 11 futbolçu tapa bilmәyib. Matç isә MOİK-in 9:1 hesablı qәlәbәsi ilә yekunlaşıb.

Qeyd edək ki, uzun müddətdi maaş ala bilməyən "Şahdağ"ın futbolçuları XXV turun "Şərurspor"la matçına çıxmamışdı. Bu səbəbdən AFFA İntizam Komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət vermiş və 500 manat cərimə etmişdi.

"Milli Yol" 

Bu dövrdə xəbər yoxdur.

Azәrbaycan futbolunda rusvayçılıq - Milliyol.az