Əfqan Sadıqov həbs edildi

Avropalı deputatlar Bakıya toplaşır


Milli Məclisinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin təşəbbüsü ilə Avronest PA çərçivəsində 22 sentyabr 2017-ci ildə Azərbaycanda "3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu" mövzusunda konfrans keçiriləcək

Milli.Az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Milli Məclisi, Avronest PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi, eləcə də Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaqdır.

Tədbirdə Avropa Parlamentinin və Avronest PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun  Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Avropalı deputatlar Bakıya toplaşır - Milliyol.az