Əfqan Sadıqov həbs edildi

Ata qızının bağça müəlliməsinə “Mercedes“ bağışladı - FOTO

Müəllimə balaca qıza anasızlığı hiss etdirmədiyi üçün bahalı hədiyyə alıb. Qeyri-adi və bahalı hədiyyəni neftlə zəngin olan Küveytdə ediblər.

Varlıların çox olduğu ölkədə kişi sevincindən qızının müəlliməsinə "Mercedes" bağışlayıb. 

Nur el Faris adlı qızın atası övladının məktəbə qədəm qoyacağına o qədər sevinib ki, müəlliməyə "Mercedes"in ən son modelini bağışlayıb. 

Üzərində balaca Nurun əyləşdiyi maşının ön şüşəsində isə belə yazılıb: "Bu maşın ən sevimli müəlliməm Nadia üçündür".

Adını açıqlamayan ata isə dünya mətbuatında yer alan fotodan sonra açıqlama verib. O deyib ki, balaca qızı bu il anasını itirib. Nadia müəllimə isə bu müddətdə qızı ilə o qədər şəfqətli və mehriban olub ki, ona bu dərdi yaşatmayıb. (Anspress)



MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ata qızının bağça müəlliməsinə “Mercedes“ bağışladı - FOTO - Milliyol.az