Aralıq dənizində 800 miqrant xilas edilib, 2-si ölüb


Şənbə günü Aralıq dənizi ilə Avropaya getməyə çalışan 800-ə yaxın miqrant xilas edilib

“Report” xəbər verir ki, bu barədə İtaliyanın Sahil Mühafizə Xidməti məlumat yayıb.

Bununla belə 2 miqrantın meyitinin aşkar olunduğu bildirilir.

Miqrantların milliyəti barədə məlumat verilmir. Onlar ayrı-ayrılıqda aparılan əməliyyatlar zamanı iki barja, iki rezin qayıq və bir kiçik qayıqdan xilas ediliblər.
Aralıq dənizində 800 miqrant xilas edilib, 2-si ölüb - Milliyol.az