Əfqan Sadıqov həbs edildi

Amerikalı şair Con Eşberi vəfat etdi


Pulitser mükafatı laureatı, amerikalı şair Con Eşberi Nyu-York ştatının Hudzon şəhərində vəfat edib

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə doxsan yaşlı şair sentyabrın dördündə dünyasını dəyişib.
 
Eşberi 1975-ci ildə buraxdığı “Qabarıq şüşədəki avtoportretim” adlı şeirlər kitabına görə Pulitser, eləcə də ABŞ Milli kitab mükafatını qazanıb.
 
Əsərləri dünyanın bir çox dillərinə çevrilən Eşberi şairliklə yanaşı tərcümə və ədəbi tənqidlə məşğul olur, ədəbiyyatdan dərs deyirdi. Onun məqalələri New York Magazine, Newsweek və New York Herald Tribune kimi mətbuat orqanlarında çap olunurdu.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Amerikalı şair Con Eşberi vəfat etdi - Milliyol.az