Əfqan Sadıqov həbs edildi

Almaniyanın yeni prezidenti seçildi

Almaniyanın sabiq xarici işlər naziri, sosial-demokrat Frank - Valter Ştaynmayer ölkənin yeni prezidenti seçilib.

MilliYol.Az aznews.az-a istinadən xəbər verir ki, Almaniyanın prezidentini Federal məclis seçir. Məclisə bundestaqın 630 deputatı və federativ ərazilərdən olan 630 nümayəndə daxildir.

Səsvermənin ilk mərhələsində Ştaynmayerə 631 səs lazım idi, bu mərhələdə onun namizədliyinə 931 nəfər səs verib.

Almaniyanın sabiq prezident Yoaxim Qauksa növbəti müddətə namizədliyini irəli sürməkdən imtina edib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Almaniyanın yeni prezidenti seçildi - Milliyol.az