Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfərinin tarixi məlum olub


Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya səfərinin tarixi məlum olub

APA-nın diplomatik mənbədən əldə etdiyi məlumata görə, T. Klaar fevralın 19-20-də ölkəmizə səfər edəcək.

Hazırda səfərin planlaşdırılması ilə bağlı işlər aparılır. 
 
Qeyd edək ki, T. Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

MilliYol.Az
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfərinin tarixi məlum olub - Milliyol.az