Afrində öldürülən terrorçuların sayı açıqlandı


Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatının 20-ci günündə 29 terrorçunu məhv edib

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı TSQ Baş Qərargahı məlumat yayıb.

Bununla da, əməliyyat başladığı gündən bu yana öldürülən terrorçuların sayı 1028-ə çatıb.