Əfqan Sadıqov həbs edildi

“Abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarif olacaq” – “Azərişıq”


Abunəçilərin elektrik enerjisi şəbəkəsinə qoşulması maksimum 5 gün çəkir

“Report” xəbər verir ki, bunu jurnalistlərə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.

E.Rüstəmli qeyd edib ki, qanunda bu müddət 15 gün müəyyən edilib:

“Cənab sədrin göstərişi var ki, abunəçinin elektrik enerjisi şəbəkəsinə qoşulması 3 günü keçməməlidir”.

“Azərişıq” rəsmisi abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarifin olacağını qeyd edib:

“Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Tezliklə abunəçilərin şəbəkəyə qoşulması üçün məsafədən asılı olmayaraq işlədiləcək hər kVt/saat elektrik enerjisinə görə vahid tariflər müəyyən ediləcək. Bu günə qədər tariflər çəkilən xəttin en kəsiyi, məsafədən asılı idi”.

Bu dövrdə xəbər yoxdur.

“Abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarif olacaq” – “Azərişıq” - Milliyol.az