Əfqan Sadıqov həbs edildi

Abşeronda güclü partlayış: 3 nəfər ağır yaralandı


Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib

MilliYol.Az Yenicag.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ağır xəsarəti alıb.

Hadisə nəticəsində sexdə olan 3 nəfər – 1972-ci təvəllüdlü Natiq Əmrah oğlu Əmrahov, 1967-ci il təvəllüdlü Qızılgül Əzim qızı Əmrahova və 1984-cü il təvəllüdlü Elmira Qardaşxan qızı Əmrahova ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Abşeronda güclü partlayış: 3 nəfər ağır yaralandı - Milliyol.az