ABŞ səfirliyinin Yəməndə əsir götürülən əməkdaşı azad edilib

ABŞ-ın Yəməndəki səfirliyinin husilər tərəfindən əsir götürülmüş əməkdaşı altı aydan sonra azad edilib

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə səfirliyin əməkdaşına yaxın mənbə məlumat yayıb.

Diplomat Üsamə əl-Ansi fevralın 17-də sərbəst buraxılıb. Onun saxlanma səbəbi hələ də açıqlanmayıb.

ABŞ-ın Səna şəhərində yerləşən səfirliyinin 3 əməkdaşı 2017-ci ilin avqust ayında Yəmənin husilərə tabe olan təhlükəsizlik xidməti orqanları tərəfindən heç bir ittiham irəli sürülmədən saxlanılaraq naməlum istiqamətdə aparılıb.
ABŞ səfirliyinin Yəməndə əsir götürülən əməkdaşı azad edilib - Milliyol.az