ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb


ABŞ Dövlət Departamenti Amerika səfirliyinin Qüdsə köçürüləcəyi tarixi açıqlayıb

Dövlət Departamenti köçürmənin 2018-ci ilin may ayında baş tutacağı barədə məlumat yayıb.

Səfirliyin İsrail Dövlətinin 70-illiyi ilə eyni tarixdə açılacağı qeyd olunur.

Xatırladaq ki, ötən ilin dekabr ayında ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib. (trend)