Əfqan Sadıqov həbs edildi

1386 nəfər kolleclərə qəbul oldu

Boş qalan plan yerlərinin müsabiqəsində iştirak edən 1386 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub

DİM-in saytında verilən məlumata görə, müsabiqədə ümumilikdə 3312 abituriyent iştirak edib. Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər).

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

1386 nəfər kolleclərə qəbul oldu - Milliyol.az