Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Zakir Həsənov Tacikistan prezidenti ilə görüşüb


Tacikistan paytaxtı Düşənbədə MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclası başlayıb

“Report” xəbər verir ki, nazirlər toplantıdan əvvəl Tacikistan prezidenti İmomali Rahmonla görüşüblər.

İ.Rahmon deyib ki, 25 il ərzində MDB məkanında sabitlik şəraitində çoxtərəfli əməkdaşlıq inkişaf edib və təhlükəsizlik təmin olunub. Dövlət başçısı bütün bunlara görə müdafiə nazirlərinə təşəkkürünü bildirib.

Məlumata görə, iclasda hazırkı şəraitdə Birliyə üzv olan dövlətlərdə təhlükəsizliyin təmin olunması, Əfqanıstanda və bu ölkə ilə sərhəddəki vəziyyət, terrorçuluğa qarşı mübarizə, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iclasda iştirak edir.

Xatırladaq ki, Tacikistan 2018-ci ildə MDB-yə sədrlik edəcək.

MilliYol.Az
Etiket:

loading...