Çərşənbə axşamı, 18 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Yeni internet televiziyası yarandı: “Pomidor TV“

Azərbaycan internet məkanında daha bir internet televiziyası fəaliyyətə başlayır.

MilliYol.Az-ın verdiyi xəbərə görə, "Pomidor TV" adlanacaq yeni kanal əyləncəli-maarifləndirici verilişlər yayınlayacaq. 

Yeni kanalın yaradıcı heyətinin verdiyi məlumata görə, kanal hələlik "Facebook" səhifəsi üzərindən yayına çıxacaq. Kanalın ilk verilişi "Trafik Şou" adlanır və hər həftənin cümə günü saat 21:00-da kanalın rəsmi "Facebook" səhifəsindən canlı yayımlanacaq.

İlk efir vaxtı 13 iyul, saat 21:00-da olacaq.

"Trafik Şou" sual-cavab əsasında qurulan əyləncəli verilişdir və izləyicilərin çoxsaylı hədiyyələr qazanmaq şansı olacaq. Verilişi tanınmış aparıcı Orxan Rzayev təqdim edəcək.
 
"Pomidor TV"-nin rəsmi "Facebook" səhifəsi: https://www.facebook.com/PomidorTV/


Etiket:

loading...