Şənbə, 20 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Yağış kəsəcək



Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 25-30,  Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyunun 14-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısanmüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 14-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

MilliYol.Az
Etiket:

loading...