“Kristal Abşeron” müştəriləri aldadır - ŞOK FIRILDAQ FTX azərbaycanlı oliqarxlara görə axtarış apardı, məşuqəsini tapdı - FOTOLAR Türkiyədə həbsdə olan FETÖ-çunun oğlu Azərbaycanda zavod işlədir? - FOTO Sahibkarla “Azəravtoyol” arasında qalmaqal
 

Xəyanətə uğrayan qadının krem sevdası – YENİ HEKAYƏ

Tarix 12.07.16, 18:49

Font ölçüsü : - / +
bitmap-img6

MilliYol.Az Sevda Sultanovanın “Gün kremi” hekayəsini təqdim edir.

 
Gələn əri idi. Qadın həmişəki kimi onun boynuna sarıldı, üzündən öpdü, qovluğunu əlindən alıb iş otağına apardı.
 
Ərinin gec saatlarda evə gəlməyinə alışmışdı. O, tanınmış vəkillərdən idi, müştərisi çox olurdu, işi başından aşırdı.
 
Süfrə artıq hazır idi. Ərinin yemək yeməsinə tamaşa edirdi qadın. Hiss elədi ki, kişi bu gün bir az başqa cürdür. İstədi nə baş verdiyini soruşsun. Ürək eləmədi, həm də düşündü ki, yəqin yorğunluqdandır, ya da yenə hansısa müştərisi ilə sözü düz gəlməyib. Kişi çox iştahsız yeyirdi, tikələr boğazından güclə keçirdi. Bir neçə dəfə nəsə demək istədi, amma dərhal da sözləri dilinin ucundan qaytardı. Qadın onun əhvalından gələn gərginliyi hiss eləyirdi, odur ki, anlaya bilmədiyi gərginliyi bir az yumşaltmaq üçün masadan qalxdı, çay istəməsə də, çaydana yaxınlaşdı. Özünə çay süzdü, ərinə tərəf asta səslə:
 
- Çay istəyirsən?
 
Kişi dinmədi, sadəcə başını yırğaladı.
 
Qadının qəlbinə nigarançılıq dolmuşdu. Nəsə xoşagəlməz hadisənin baş verəcəyini altıncı duyğusuyla qavrayırdı. Fincanı ehmalca masaya qoydu. Qorxdu ki, birdən fincan masaya bərk toxunsa, sükut çox pis sına bilər.
 
- Sənə bir şey demək istəyirəm - kişinin qəfil dinməsindən qadını həyəcan bürüdü, ürəyi sürətlə döyündü.
 
- Aha - soyuqqanlı danışmağa çalışırdı qadın
 
Kişi başını aşağı salmışdı, rəngi də qızarmışdı nədi:
 
- Çoxdandır, başqasıyla görüşürəm. Onu sevirəm. 
 
Kişi birnəfəsə dedi. Birnəfəsə dedi ki, canı əzabdan tez qurtarsın.
 
Qadın əvvəlcə kişinin nə dediyini anlamadı, sonra onun cümlələri beynində aramsız səslənməyə başladı, sözlərin hərarətindən bədəninə murdar istilik gəldi, başında nəsə qaynadı.
 
Qadın istədi tumanını başına çəkib desin ki, onun şeyi mənimkindən şirindir? Özünü zorla saxladı. Yadına köhnə məhəllədəki qonşuları Nanəgül düşdü. Nanəgülün əri onu üç uşaqla atanda arvad havalanmışdı, məhəlləyə düşüb ağı deyirdi, tez-tez də donunu qaldırıb, əlini göbəyindən aşağı aparıb çığırırdı ki, onun şeyi mənimkindən şirindir?
 
Qadın özünü topladı. Belə demək ona yaraşmazdı, necə də olmaya o, müəllimə idi, kübar davranmalıydı, özünü hansısa ev qadını, bisavad Nanəgülün səviyyəsinə endirməməliydi.
Dəfələrlə düşünmüşdü ki, əri ona xəyanət eləsə, o an necə davranmalıydı. Uyğun davranış tapa bilməmişdi. Qəfil yadına srağagün baxdığı film düşdü. Ərinin xəyanətini biləndə qadının ona ilk sualı bu olmuşdu: o, seksdə məndən daha yaxşıdır? Düzdür, bu da ona bayağı gəlirdi. Amma hər halda Nanəgülün dediklərindən daha abırlı idi.
 
- O, seksdə məndən daha yaxşıdır?
 
Qadının sualı özünə əminliklə yox, az qala pıçıltıyla səsləndi. Kişi deyəsən, onu eşitmədi. Bayaqdan başını aşağı salıb susmuşdu. Yaxşı ki, eşitmədi. Pərt olacaqdı yoxsa. Çünki yadına düşdü ki, bir müddətdir əriylə intim münasibəti yoxdu, firigidlikdən müalicə alır.
Kişi isə ağlayırdı, çox miskincə, zavallıca ağlayırdı. O, ərini ikinci dəfədir ki, belə ağlayan görürdü. Birinci dəfə ağladığını o, prokuror təyin olunmayanda görmüşdü. Ərinin ağlamağı ona təsir eləmirdi, əksinə, gücsüzlüyünə əsəbiləşirdi, onun yazıq görkəmi xəyanətindən daha ağır gəlirdi.
 
- Bilirsən kimdir?
 
- İstəmirəm bilim.
 
Əslində, istəyirdi, amma özünü tox tutmağa çalışırdı. Kişi onsuz da ona fikir vermədi.
 
- Boşanma məsələsi vardı, ərinə xəyanət eləyən... Başa düşürsən, onun xəyanəti məni  həyəcanlandırır, ehtirasa gətirir. Məhkəmə proseslərimiz bilirsən ki, bozdur, nəticələri əvvəlcədən aydındı, mən də darıxıram, sıxılıram. İstəyirəm, heç olmasa şəxsi həyatımda həyəcanlı nəsə olsun.
 
Qadın daha onu dinləmək istəmədi, yataq otağına keçib çarpayıda oturdu. Beyni donmuşdu, heç nə düşünə bilmirdi. Əri otağa keçib dinməz-söyləməz, bir az da çəkingən halda çamadanını yığdı. Qapıdan çıxanda nəsə demək istədi, amma cəsarəti çatmadı. O, arvadını susaraq tərk elədi. Qapını nə çırpdı, nə açıq qoydu. Adam balası kimi astaca örtdü.
 
Qapı örtülən kimi qadın yerindən sıçradı. Qapını kilidlədi. İşığı söndürüb, pəncərədən boylandı, onun getdiyinə əmin olmaq istəyirdi. Akulaya oxşayan bəyaz maşın işə düşəndə qadın qıyya çəkdi. Elə qıyya ki, hec Nanəgül belə qıyya çəkməmişdi. O, diz üstə yıxılıb döşəməni yumruqladı. Yumruqladıqca, tərslikdən ağrısı azalmır, çoxalırdı. Qəzəbini, ağrısını heç cürə azalda bilmirdi. Yadına seriallarda qəzəbindən əşyaları sındıran adamlar düşdü. İşığı yandırdı. Ətrafa göz gəzdirdi, gözü dolabın üstündəki ətir şüşəsinə sataşdı, istədi onu yerə çırpsın, amma heyfi gəldi. “Şanel”i ona əri ad günündə almışdı. Nəsə sındırmaq fikrindən vaz keçdi. “Əclafa görə nəyisə sındırmağa dəyməzdi”. Amma o, bu ağrıyla heç nə eləmədən yaşaya da bilməzdi. Telefona cumdu, rəfiqəsinə zəng vurdu. Tələsik, dili topuq çala-çala məsələni izah elədi. Sabah erkəndən şəhərdə həmişə getdikləri kafedə görüşəcəkdilər.
 
Qadın səhəri dirigözlü açdı. Yemək də yemədi, bir stəkan limonlu su içdi (nə baş verirsə versin, o, mütləq hər səhər limonlu su içməliydi), ilıq duş aldı. Tələsik əynini geyinib evdən çıxdı.
 
Evdən dayanacağa qədər beş-altı dəqiqəlik yolu qaçaraq getdi. Dayanacağa çatmışdı ki, avtobus tərpəndi. Qadın məyusluqla kölgəlik axtarmağa başlayanda xatırladı ki, gün kremini vurmağı unudub. Çantasını töküb-töküşdürdü, yox idi. “Ay allah bu, necə ola bilərdi. Axı heç vaxt belə səhv eləməmişəm. Hamısı fikirdəndir, hamısı o oğraşa görədir, başına daş düşsün, sevişəndə onu görüm impotent olsun, heç başlamamış qurtarsın, bütün məhkəmələri uduzsun, müştəriyə həsrət qalsın, o qəhbə onun bütün pullarını əlindən alsın. Bəlkə qayıdım vurum”. Amma ərindi, “eybi yox yolda alaram”. Cüzdanına göz gəzdirdi, 29 manatı vardı, gün kremi 15 manat olardı, devalvasiyaya görə bir iki manat bahalaşardı yəqin.
 
Gündən qorunmaq üçün özünü yaxınlıqdakı marketə atdı. Satıcı yanında iki azyaşlı uşaqlı gənc qadınla dərdləşirdi. Gənc ana göz yaşında boğulurdu. Satıcı təsəlli verdi: “Allah sənə səbr versin, nə deyim”. 
 
Yarımlitrlik sərin su aldı, üzünü sərinlətdi, dərisi nəmləndikcə qadın sanki canlanırdı.
 
- Yazıq qadın, əri təzəlikcə ölüb, bilib ki, o, gizlicə içirdi, uşaqları necə ayaq üstə qoyacaq  çətin zəmanədə – satıcı qadın rəflərdəki malları yerbəyer eləyə-eləyə sanki özüylə danışırdı.
 
- Mən də elə bildim, əri öləndən sonra bilib ki, ikinci arvadı var.
 
- Elə olsaydı nə vardı ki, indi oturub dərdləşərdilər iki bacı kimi. Əri xəstəymiş, içmək olmazmış, qohumları da bilib deməyib. Deyir bilsəydim, qabağını alardım.
 
Qadın düşündü ki, görəsən hansı daha pisdi, gün kremi unutmağı, ərin gizli içməsi, yoxsa xəyanəti?
 
Çox düşündü-daşındı, qərarını verənə kimi avtobus da gəldi. Gündən qorunmaq üçün qaçaraq avtobusa mindi. Kölgəlik düşən boş oturacaq tapdı. “Yox, gün kremi daha vacibdi, ərsiz keçinmək olar, elə fərsiz, iradəsiz kişidənsə tək qalmaq yaxşıdır, xəyanət edən kişini də gec-tez unudacaqsan, amma gün kremi vurmasan, nəticəsini yox eləmək çətin olacaq; dəri solar, qara ləkələr əmələ gələr, çatlayar. Yox, gün kremi daha vacibdir”.
 
- Aaaa, ölmürsən də, bir bax da necə avtobus sürürsən - ondan bir neçə sıra arxada ağ ətək geymiş kök, orta yaşlı qadın səsini başına atdı.
 
- Halal yolla pul qazan da. Şoğərib avtobusu remont elə sonra sür. 
 
Sürücü susurdu. Avtobusda ancaq qadınlar idi, və onların hamısı avtobusun deşik döşəməsindən sıçrayan palçıqlı sudan ətəyi batan qadına qahmar çıxdı. Yaşlı sürücü avtobusu başına götürmüş qadın həşirindən qorxub səsini çıxarmadı.
 
Qadın onun ağ ətəyindəki ləkəyə baxıb düşündü ki, görəsən, hansı faciəlidir, yolda getdiyin yerdə ağ ətəyin ləklənməsi, yoxsa üz ləkəsi? Ləkəni persolla aparmaq olar, amma dəriyə gün kremi vurmasan, ləkəni yox eləmək əziyyətli olacaq, min cürə maska lazımdır. Qadın qərarında qətiləşdi: “Yox, gün kremini unutmaq daha pisdir”.
 
Avtobus dayanan kimi qadın yenə qaçaraq düşdü, yaxınlıqdakı aptekə cumdu. Aptekdə alıcı çox idi, qadın sırasını tutdu.
 
Sırada dayanan orta yaşlı, nərmə-nazik qadın ona yanaşdı.
 
- Bilrisiz, mənim çox ciddi problemim var, çox gec orqazma çatıram. Həkim müalicə yazıb. Utanıram almağa dərmanı. Bəlkə siz alasız?
 
Qadın diksindi. Niyə məhz ona yaxınlaşıb? Bəlkə onun frigid olduğu üzündən bilinir?
 
Qadın onu sözsüz də anladı.
 
- Üzdən mədəni, komplekssiz qadına oxşayırsız.
 
Qadın yenə düşüncələrə daldı: “Hansı daha pisdir; frigid olmaq, gec orqazma çatmaq yoxsa gün kremini unutmaq? Frigidlikdən müalicə almaq da olar, sekssiz yaşamaq da olar (aseksual həyat keçirən adamları xatırladı), amma gün kremi vurmasa dərisi qabıq verir, kobudlaşar, xırda qırışlar əmələ gələr...”
 
- Xanım, bu krem qurtarıb. Bir neçə günə gələcək. Başqasını istəyirsiz?
 
- Yox,  o birilər allergiya verir.
 
Qadın çantasını üzünə tutdu ki, gün onu vurmasın, yeyin addımlarla metroya getdi. Qarşısında təxminən onunla yaşıd olan, çox dərdli görünən qadın oturmuşdu. Ləkəli dərisi onu yaşlı göstərirdi. “Bax, görürsən, gün kremi necə vacibdir, dərisi elastikliyini itirib, saralıb. Bu ki, faciədir. Belə dəriylə necə yaşamaq olar? Nəyin dərdini çəkir görəsən? Bəlkə xərçəngdir, ya həkimlər hansısa yaxınını bədbəxt eləyiblər, ya da gün kremi almağa pulu çatmır, bəlkə elə dərdi var, heç krem yadına düşmür. Allah sən qoru məni bu bəladan”.
 
Metrodan çıxan kimi yolu qaçaraq keçib, aptekə girdi. Satıcı bir qadının uzun dərman siyahısını hesablayırdı.
 
-  120 manat
 
- 120? - Qadın az qala havalandı? Allah evini tiksin. Mənim maaşım elə o qədərdir.
Sonra gün kremi axtaran qadıncığaza döndü:
 
- Bəlkə mənə borc pul verəsiz?
 
- Üstümdə pulum azdı, ona da gün kremi alacam. Bilirsiz, gün kremi vacibdir. Dərini nəmləndirir, cavan saxlayır, onu pis təsirlərdən qoruyur.
 
- Səni görüm gün kremsiz qalasan, ləçər, mətbəx siçovulu - qadın onun sözünü ağzında qoyub qapını zərblə çırpdı.
 
Yadına düşdü: “Əlbəttə kremi mətbəxdə qoymuşdum, su qrafininin yanında, limonlu su içəndən sonra vurmalıydım”
 
- Bu kremdən qalmayıb, başqa firmalarınkı var amma.
 
- Yox, istəmirəm, sağ olun.
 
Aptekdən ümidsiz çıxıb kafeyə yol aldı. Kafeyə çataçatda yadına düşdü ki, orda da aptek olmalıdı. “Hə, burda”. Sevinclə aptekə cumdu.
 
Ondan başqa bir neçə alıcı da vardı. Kənarda boynunu bükmüş çadralı qadın onu görüb canlandı, yaxınlaşıb utanaraq dedi:
 
- Mənimçün əlli prezervativ ala bilərsiz?
 
- Əlli? Özünüz niyə almırsız?
 
- Əllisini almışam, əllisini də siz alın. Bilirsiz, ərimlə xeyriyyəçiliklə məşğuluq. Somaliyə hər ay gücümüz çatdığı qədər prezervativ alıb yollayırıq ki, uşaq doğub onları bədbəxt eləməsinlər.
 
- Çox xeyirxah əməldir.
 
- Xanım, bu kremdən yoxdu.  
 
...Rəfiqəsi hələ gəlməmişdi. O masalardan birini tutdu. Çantasını stula atıb, tualetə getdi, üzünü yuyub sərinlədi. Bu kafeyə tez-tez gəlirdi, mütləq sərinləyirdi, gün kremini təzələyirdi, özünü  təravətli, arzulanan qadın kimi hiss edirdi, firgidliyini unudurdu. Gün kremi onun həyatının bir parçası idi. Hətta əri belə evli olduğu müddətdə ona gün kremi qədər doğma ola bilməmişdi. Küçəyə çıxanda mənzilbaşına çatana kimi bir neçə dəfə gün kremini təzələyirdi, hədsiz zövq alırdı, özünü güclü, gümrah hiss eləyirdi. İlk dəfədir ki, o, gün kremini unutmuşdu. Kövrəldi, tualet kağızından qoparıb nəmli gözlərini sildi.
 
Rəfiqəsi artıq gəlmişdi. 
 
- Gün kremin yanında?
- Aha.
 
Rəfiqəsinin əlindən gün kremini qapdı, tualetə cumdu, kremi üzünə yayanda ona elə gəldi ki, dərisi körpə dərisi kimi zərif, təravətlidir.
 
Rəfiqəsi artıq yaşıl çay və gilas mürəbbəsi sifariş vermişdi.
 
- Danış, görüm necə oldu bu hadisə?
 
- Nə hadisə?
 
- Necə yəni nə hadisə? O xiyarın xəyanətini deyirəm də.
 
Qadın saata baxdı:
 
- Bir saatdır ki, onu düşünmürəm. Bu bir saatda çox mühüm həqiqəti dərk elədim.
 
- Hansı həqiqəti?
 
Qadın əllərini üzünə aparıb, yanaqlarını ehmalca sığalladı, gözlərini yumdu, sanki nəm dərisindən zövq almaq istəyirdi. Sonra üzünü ani kədər sardı, bu kədər ani də təbəssümlə əvəzləndi:
 
- Yaşıl çay əladı, qarındakı yağları əridir.

MilliYol.Az



Xəbərin oxunma sayı : 49

loading...

Ədəbiyyat

Önəmli

Son xəbərlər

30 MART 2017

20:43 Almaz Ələsgərlinin qızının bikinili fotosu yayıldı - FOTOLAR

20:35 Rəqqasənin seksual hərəkəti din xadiminə baha başa gəldi - VİDEO

20:27 Bu ölkə də, niqaba qadağa qoydu

20:18 Milli Bankın rəhbəri vəzifədən getdi

20:13 Azərbaycanlı qadından dəhşətli etiraf: “Ərim qızıma pornofilm göstərirdi“

20:07 Tanınmış teleaparıcı Azərbaycandan getdi - FOTO

20:00 Leyla Əliyeva Moskvada Yəhudi Muzeyində - FOTOLAR

19:47 Pərvin Abıyeva məmur oğlu olduğu deyilən sevgilisindən danışdı - FOTOLAR

19:42 Kişi və qadınlara milyonlar xərcləyən, ərinin yanında başqaları ilə oturub-duran YƏHUDİ QIZI

19:36 Düşmənlərimizin diri-diri yandırdığı qəhrəmanımız - FOTO

19:30 Modern insanın həftə sonu – QİSMƏTİN ESSESİ

19:25 Qurban Qurbanovun oğlu: “Evdəkilər əlimdən bezmişdi” - MÜSAHİBƏ

19:16 “Tədbirlər Planı“ təsdiqləndi - SƏRƏNCAM

19:14 Prezident əlillər üçün 2 milyon manat ayırdı - SƏRƏNCAM

17:47 Azərbaycanlı deputatın nəvəsi əcnəbi qızla nişanlandı - FOTO

17:44 Rusiyada spirt məhdudiyyəti 90 gün uzadıldı

17:33 Ərdoğanla ABŞ dövlət katibinin söhbəti 2 saat çəkib –Qapalı görüş

17:12 Putin Rusiyanı bürüyən etirazlar haqda: ““Ərəb baharı”nı xatırladır...”

17:05 “Poroşenko dalana dirənib, tez-tez Putinə zəng edir…” –Lavrov

16:50 İcra başçısı müavininin arvadı özünü asıb? - ŞOK XƏBƏR

16:44 Mətanət İsgəndərlinin qızı 3-cü dəfə nişanlandı - FOTOLAR

16:33 “Donald Trampla görüşməyə hazıram”

16:22 Sabirabadda baş verən dəhşətli qətllə bağlı yeni məlumatlar

16:12 “Hamı bilir ki, qızıl Azərbaycana qaçaq yolla gəlir” – Generalların işi

15:55 “Mən çamadanam ki, hara gəldi göndərsinlər?!”

15:43 ABŞ-ın dövlət katibi Türkiyədədir

15:39 Qadın inkişaf mərkəzindən uğurlu qadın seminarı - FOTOLAR

15:24 “Cinayət işi başlamamaq üçün MTN-də məndən 50 min manat aldılar“

15:12 İsrail Rusiya ilə qarşıdurmadan niyə qaçır? –Əsədin taleyi Putinin əlindədir

15:05 ABŞ Dövlət Departamentinin əməkdaşı casusluqda ittiham edildi

14:36 Qocanın gənc xanıma yazdığı ehtiraslı məktublar – Stefan Svayqın NOVELLASI

14:33 “Eşşək əti zərərli deyil” – Nazirlikdən rəsmi açıqlama

14:19 “Türkiyə geopolitik tələyə düşüb və dağılma təhlükəsi qarşısındadır”

14:13 “Azərbaycanın iştirakı ilə Rəşt-Astara dəmir yolunun tikintisi başlayacaq”

14:00 Rusiyada dolların məzənnəsi 21 aylıq minimuma enib

13:12 “Kredit borclarını birdəfəlik bağışlamaq olmaz”

13:05 Problemli kreditlərə dair şok statistika

12:33 Xəzərdə fırtına həyəcanı: Neftçilər evakuasiya edildi

12:18 “Çantaları istifadə edənlər mənim mallarımdır“ - Əli Ağaoğlu

12:12 Bakıda yüksək dozada narkotik qəbul edən 25 yaşlı qız ölüb

11:55 FED üzvləri dolların daha sürətli faiz artırılmasını tələb edir

11:35 İvanka Tramp atasının xüsusi müşaviri olacaq

11:05 BP “Şahdəniz”də işi dayandırır – Problemin yaranıb

10:33 ABŞ Ərdoğanla sövdələşmədə Gülənin qələmini qıracaqmı?

10:28 Anar Məmmədov ticarət mərkəzini də dövr etdi – 90 faiz endirim

10:22 Hakimiyyətin məşhur 6 keçmiş oliqarx naziri indi nə işlə məşğuldur?

10:12 Zaur Hüseynov dövlət mülkiyyətini şəxsi malı kimi satışa çıxardı – Qaranlıqlar səltənətində Hərrac

29 MART 2017

19:19 Məktəbli qıza təcavüz edən şəxs azadlığa buraxıldı: “Həzz ala bilməyib”

19:16 Ermənistan ordusunun baş leytenantı təmas xəttində vuruldu

19:11 “Kristal Abşeron” müştəriləri aldadır - ŞOK FIRILDAQ

19:07 Ramiz Mehdiyevin kitabı Moskvada nəşr edilib - FOTO

17:35 Ərdoğanın canlı yayımdakı hərəkəti qadınları şoka saldı - VİDEO

17:14 Atatürkün Azərbaycanla sərhəd olmaq üçün pulla aldığı torpaq - FOTO

16:56 Müğənninin ailəsində baş verən dəhşətli qətlin təfərrüatları

16:34 “Yeni Aprel şavaşı daha dağıdıcı olacaq” - Kirakosyan

16:14 Kişi olaraq doğulan ən gözəl 10 qadın - FOTOLAR

16:00 Nazirdən sosial yardım alanlara ŞAD XƏBƏR

15:34 Elmar Vəliyevin oğlu Allahverdiyevin adamını işdən qovdu

15:12 FTX azərbaycanlı oliqarxlara görə axtarış apardı, məşuqəsini tapdı - FOTOLAR

15:00 Nigar Camalın Londondakı evi - VİDEO

14:13 Aşıq Azərdən üzücü xəbər - Vəziyyəti ağırdır

14:00 Qarabağda müharibə anonsu: Ağır silahlar...

13:19 Sevil və Sevincin bahalı maşını - FOTOLAR

13:10 Türkiyədə həbsdə olan FETÖ-çunun oğlu Azərbaycanda zavod işlədir? - FOTO

12:48 İlham Əliyev BP-nin regional prezidentini qəbul edib - FOTOLAR

12:25 Bakıda avtoş sürücünün hərəkəti polkovniki dəhşətə gətirdi - VİDEO

12:19 5 qardaşla evli olan qadın: “Uşağımın atasının kim olduğunu bilmirəm” - FOTOLAR

12:02 Pitonun qarnından 25 yaşlı dostları çıxdı - VİDEO 16+

11:50 “Evdəkilər əlimdən bezmişdi” - Qurban Qurbanovun oğlu

11:40 Bakıda 3.3 milyon dəyəri olan ev kimindir?

11:28 “Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır“ - Ter-Petrosyan

11:16 Bankdan 40 milyon çıxarıb “Ferrari“ almaq istəyən Dadaşova bacıları: “VİP müştəri...“

11:00 2050-ci ildə əhalimiz nə qədər olacaq? - YENİ PROQNOZ

10:44 Ginnesin Rekordlar Kitabına düşmüş erməni əsgəri məhv edildi

10:30 Rusiya hakimiyyəti müxalifətçiləri həbs edib

10:16 Universitet rəhbəri vəfat etdi

10:00 Bar qızlarını döydü, şirkət rəhbərlərini... - Bakıda ağlasığmaz dələduzluq

28 MART 2017

16:47 Dəmiryolunun 56.8 milyonu kimdədir? - Böyük korrupsiya sxemi

16:03 Dollar nə vaxtdan bahalaşacaq? - PROQNOZ

15:30 Bakıda uşaqlar arasında kəskin virus yayılıb - VİDEO

15:11 Azərbaycan mədəniyyətinə ağır itki üz verdi - FOTO

14:51 İstefaya göndərilən generalların adları açıqlandı - SİYAHI

14:33 Elşadla Oksana öpüşdü: “Bu da sizə şok!“ - VİDEO

14:26 Sahibkarla “Azəravtoyol” arasında qalmaqal

14:23 Bunu edən sürücülər 50 manat cərimə olunacaq - VİDEO

14:19 “Yüz milyonlarla dollar xərcləmişik“ - Prezident

14:17 Zakir Həsənov yüksək rütbəli hərbçləri istefaya göndərdi

14:04 DİN-də yeni təyinat

13:53 Azərbaycanın səfiri Vasluyda qəza törətdi

13:42 Sarkisyanın “İskəndər“ hədəsinə cavab: “İrəvanı yerlə-yeksan edərik“

13:30 Bilal Əliyevin ingilis dilində ifası internertdə rekord qırır - VİDEO

13:21 Bakıda iranlı qızların başına iş gəldi: Yaralılar var

13:10 Yüz minlərlə pulu, evi əldən gedən qadına 11 il həbs - QALMAQALLI MƏHKƏMƏ

12:59 Müəllimi azərbaycanlı tələbəni amansızcasına döydürdü - Türkiyədə

12:42 Prezident icra başçılarını topladı

12:36 Eldar Mahmudovun oğlunun şəriki axtarışa verildi - İNTERPOLDA

12:28 Qarabağda yeni həll planı - ABŞ-dan açıqlama

12:14 Azərbaycanlı holdinq rəhbərinin 19 yaşlı qızının “Instagram“ FOTOLARI

12:00 Fəxriyyə Xələfovanın qardaşı general oldu

25 MART 2017

18:05 Rusiyanın erotik modeli səfir ola bilər - FOTO

18:01 Professordan qız tələbəyə qarşı şok hərəkət - VİDEO

17:50 Sarkisyan Qarabağda

17:40 SSRİ nüvə qəzasını dünyadan necə gizlədib?

17:10 İranlı qızların bayram günlərində gecə klubu əyləncələri - VİDEO

15:53 Ölkəyə qaz verməyən “Azəriqaz” vəzifəliləri yüksək maaş alırmış - SİYAHI

15:13 Azərbaycanlı müğənninin atası arvadını və qohumunu qətlə yetirdi - FOTO

14:41 Vidadi Zeynalovun balıq tutduğu gizli məkan... - FOTOLAR

14:28 10 yaşlı azərbaycanlı münsiflərin qəlbini fəth etdi - VİDEO

14:18 AFFA bu futbolçuya 1 milyon dollar və ev verib - ŞOK İDDİA

14:00 Siqaretlərlə bağlı hər şey dəyişir: ən ucuzu 19 manat olacaq

13:06 DİM-in sınaq imtahanları baş tutmadı - SƏBƏB

13:00 AFFA-dan milliyə fantastik mükafat vədi: Almaniyanı udsalar...

12:48 “Bank of Baku“nun əməkdaşı jurnalisti “razborka“ya çağırdı

12:14 Mətanətin jurnalistin toyundakı rəqsi rekord qırır - VİDEO

11:33 Xalq artistinin səhnədə yıxılma anı - VİDEO

11:20 Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA

11:11 Futbolçunun ayağı qırıldı - VİDEO

11:05 Anar Məmmədovun əmlakına həbs qoyulub

24 MART 2017

16:44 Prezident bayramda belə oynadı - VİDEO

15:58 Hüsnü Mübarək azadlığa buraxıldı



loading...
Kişi və qadınlara milyonlar xərcləyən, ərinin yanında başqaları ilə oturub-duran YƏHUDİ QIZI

Dünyanın ən tanınmış yəhudi xeyriyyəçilərindən olan Karl Mayerdən günümüzə məktəblər, xəstəxanalar, fabriklər qalıb.
Düşmənlərimizin diri-diri yandırdığı qəhrəmanımız - FOTO

Tarixin canlı şahidi Cəlil Xudiyev haqqında məqalə MEK əməkdaşları tərəfindən Vikipediyada yerləşdirilib.
Tanınmış teleaparıcı Azərbaycandan getdi - FOTO

Tanınmış teleaparıcı Nigar Mahmudova Azərbaycandan gedib.
İradə İsaq “Space“in aparıcısını biabır etdi

"Qulaqlara terrordur bu, azadlıq olar, belə də yox"
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016