Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Xəstə atalarını günlərlə çiyinlərində daşıyıb qətliamdan qaçırtdılar (FOTOLAR)

Myanmada hökümət qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən qaçan və xəstə atalarını çiyinlərində daşıyan 2 qardaş Banqladeş sərhəddində yerləşən təhlükəsiz bölgəyə çatıblar.

MilliYol.Az xəbər verir ki, Məhəmməd və Yasir adlı 2 qardaş 75 yaşlı xəstə atalarını ədyal içində 18 gün çiyinlərində daşıyıb və bu müddət ərzində yolda tapdıqları meyvələrlə qidalanıblar. Baluxali düşərgəsinə çatan ailə üzvləri bildirir ki, əsgərlərin qonşu kəndlərdə qətliam törətdiklərini bildikdən sonra qaçmağa başlayıblar.

Qeyd edək ki, 25 avqustda Myanma höküməti Arakan bölgəsində terrorçu qruplara qarşı hərbi əməliyyatlara start verib. Əməliyyatlar nəticəsində çox sayda dinc əhali qətlə yetirilib, 500 mindən çox insan isə öz evlərini tərk etmək məcburiyyətində qalıb. Yaşadıqları yeri tərk edənlərin çoxu Banqladeşə sığınıb.

MilliYol.Az 
Etiket:

Fotolar


loading...