“Kontakt Home“ mağazalar şəbəkəsi müştəriləri necə aldadır? Xocavənd DSMF-nin müdiri “rüşvəti salam əvəzinə alır”.. Beyləqanın icra başçısı meydan sulayır... - Qarşısına çıxanı əzir... dağıdır... Xocavənddə Məmmədovların “musiqi bazarı“
 

Xalq artistinin xanımı: “Elə bildi erməniyəm, məni küçədə…” - MÜSAHİBƏ

Tarix 29.07.16, 9:00

Font ölçüsü : - / +
bitmap-img6

Bu gün Azərbaycan musiqi tarixinə adını qızıl hərflərlə həkk edən tanınmış bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun doğum günüdür.

 
Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustadı Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. “Ölülər” və “Natəvan”, “Hacı Qara”, “Nənəmin şahlıq quşu”, “Boşanaq evlənərik”, “Lənət şeytana” musiqili əsərlərin, eləcə də bir çox kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir. Bəstəkar 2006-cı ildə Bakıda vəfat edib.
 
MilliYol.Az Publika.az-a istinadən məşhur bəstəkarın ömür-gün yoldaşı Xalidə xanımla müsahibəsini təqdim edir.
 
- Vasif Adıgözəlovla sizi onillik zaman kəsiyi ayırır. Onun yoxluğunu daha çox hansı məqamlarda hiss edirsiniz?
- Mən onun yoxluğu ilə ömrümün sonuna qədər barışmayacam. Elə bilirəm harasa gedib, məzuniyyətdədir, gözüm qapıda qalır ki, haçan qayıdacaq. Vasif kimi həyat yoldaşını unutmaq çox ağırdır.
 
- Bəlkə ilk tanışlığınızdan danışasınız…
- Bəlkə də qəribə gələcək, biz küçədə rast gəlmişik. Mənim bundan xəbərim də olmayıb. Vasif ilk baxışda mənə vurulub və arxamca düşüb. Nədənsə ona elə gəlib ki, mən erməni qızıyam, buna görə ürəyini mənə açmayıb. Amma məni izləməkdə davam edib. Bir gün atamla mən poçt idarəsinə getmişdik, orada söhbətləşəndə Vasif görüb ki, biz Azərbaycan dilində danışırıq. Onda başa düşüb ki, mən erməni qızı deyiləm. Mən onda Xarici Dillər İnstitutunun Fransız dili fakültəsində oxuyurdum. Bir gün rəfiqəm məndən xahiş etdi ki, bir mətni onun üçün tərcümə edim. Danışdıq ki, “Baksovet”də görüşək və bu mətni ona verim. Vədələşdiyimiz kimi, saat altıda görüşdük. Rəfiqəmin yanında yaşıl kostyumlu, yaşıl şlyapalı bir oğlan da vardı. O mənə “dayımoğludur”, - deyib oğlanla tanış etdi. Sən demə, qız yalan deyirmiş, rəfiqə olduğumuzu bildiyi üçün Vasif o qıza yaxınlaşıb xahiş edib ki, bizi görüşdürsün. Mən Vasifi elə oradaca unutdum. Həmin gün başqa bir rəfiqəmlə kinoya getmişdik. Kinoteatrdan çıxanda gördüm həmin oğlan qapının ağzında dayanıb. Məni görən kimi yaxınlaşdı və evə qədər ötürdü. Dedi ki, səninlə söhbətim var, amma ayaqüstü söhbət deyil. Mən etiraz edəndə, qayıtdı ki, bəs sənə elçi göndərmək istəyirəm. Əsəbiləşdim ki, əşi, bu gün tanış olmuşuq, nə elçi, bu nə danışır. Elə oldu ki, elçilərini bizə göndərdi, amma valideynlərim razılıq vermədilər.
 
- Niyə?
- Çünki tələbə idim. Amma Vasif dediyindən dönmürdü. Bir gün evimizə gələndə gördüm ki, Vasif nənəmlə qabaq-qabağa oturub söhbətləşir. Məəttəl qaldım, soruşdum ki, sən burada neynirsən? Nənəm üstümə qışqırdı ki, keç o biri otağa. Demə Vasif elçiliyə gəlibmiş. Nənəm siqaret çəkən qadın idi, amma 30 il idi ki, tərgitmişdi. Təsəvvür edin, Vasifin halına necə acıyıbsa, onunla bir-birinə qoşulub papiros çəkirdi. Vasif ona deyib ki, evin böyüyü sənsən, onları yola gətir, Xalidəni mənə versinlər. Nənəmin saqqızını necə oğurladısa, atamgil razılıq verdilər.
 
- Neçə il bir yerdə ömür sürdünüz?
 - Düz 49 il. Bu illər ərzində mən ondan bir dəfə də incimədim. Ciddi insan olsa da, amma ürəyi yumşaq idi. Uşaqlar ondan çəkinərdi. Vasifin bir kəlməsi uşaqlar üçün qanun idi. Elə mənim üçün də. Qışqırım, acılayım, döyüm-söyüm Vasifdə belə xüsusiyyətlər yox idi. Bütün işlərdə mənimlə məsləhətləşirdi.
 
- İki oğlunuz var. Vasif müəllim, onların peşə seçiminə müdaxilə etdimi?
- Vasif həmişə deyirdi ki, ailəyə bir həkim lazımdır, bir də musiqiçi. Toğrul həkimliyi seçdi, Yalçın da musiqini. Vasif Yalçına çox inanırdı. Vasif həyatı çox sevirdi və heç ölmək istəmirdi. “Şəkər” xəstəliyi onun ömrünü qısaltdı. Oğlanları onun ömrünü uzatmaq üçün çox cəhd göstərdi, bunu bacardılar da. Amma sonunda “şəkər” öz işini gördü.
 
- Vasif müəllimin yarımçıq qalmış arzuları vardı?
- Yox, ölümqabağı mənə demişdi ki, bu həyatdan nakam getməyəcəm. O optimist insan idi, heç vaxt özünə qapılmazdı, onu ruhdan salmaq asan deyildi.
 
- Böyük bəstəkar kimi təbii ki, onun da düşmənləri, gözügötürməyənləri vardı…
- Əlbəttə, Vasif onunla qeyri-səmimi olan insanları gözəl tanıyırdı.
 
- Vardımı düşməni?
- Mən bu suala cavab vermək istəmirəm.
 
- Bəs küsülü olduğu həmkarı vardımı?
- Vasif xırdaçı adam deyildi, sadəcə olaraq elə insanlara məhəl qoymurdu. Qeyri-səmimi insanlardan uzaq dururdu. Onları görmək istəmirdi, vəssalam. Bu qədər, yəqin, məni anladınız.
 
- Əlbəttə. Bəs kimlərlə dostluq edirdi?
- Azər Rzayev, Ramiz Mustafayev, Emin Sabitoğlu ilə. Ramizlə qonşu idik, hər axşam bizə gəlirdi. Onların zarafatları, şaqraq gülüşləri indi də qulağımdadır. Evdə o gülüş səslərini yenə də axtarıram, eşitmək istəyirəm.
 
- Sevdiyi, dinlədiyi və xüsusi zövq aldığı müğənnilər kimlər idi?
- Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova…
 
- Bəs cavanlardan?
- O papaqlı qız var e, adını da unutmuşam.
 
- Aygün Bəylər?
- Hə, onu çox xoşlayırdı. Deyirdi bu balaca qızın unikal səsi var. Vasif ona çox köməklik edib, səhnəyə çıxmasında, oxuyub, diplom almasında. O birilərini də dinləyirdi, amma heç nə demirdi.
 
- Bəs öz əsərlərindən hansını daha çox xoşlayırdı, ümumiyyətlə, fərq qoyurdumu əsərlərinə?
- “Qarabağ şikəstəsi”ni çox sevirdi. Ən böyük arzusu da bu idi ki, Qarabağ alınsın, Şuşaya getsin, orada Qarabağ şikəstəsini dinləsin. Qarabağlı idi axı, Qarabağı çox sevirdi. İçində bir nisgili vardı, amma arzusuna çatmadı.
 
- Vasif müəllimi ətrafda ən çox nə qıcıqlandırırdı?
- Onun yalan, saxtakarlıqdan zəhləsi gedirdi. Xoşlamırdı qeyri-səmimi insanları.
 
- Bəs nədən xoşlanırdı?
- Səmimiyyətdən. Vasif şux geyinməyi çox xoşlayırdı. Həmişə özünə fikir verirdi, səliqəli geyinirdi.
 
- Hobbisi vardımı?
- Futbol üçün ürəyi gedirdi.
 
- Hansı komandaya azarkeşlik edirdi?
- Yalnız “Neftçi”yə. Bir oyununu belə qaçırmazdı. Çox vaxt uşaqlarla birgə stadiona gedirdi.
 
- Yuxunuza grirmi heç?
- Tez-tez.
 
- Yuxuda necə görürsünüz?
- Həmişə mənə göstəriş verir, deyir, Xalidə bunu belə elə, onu belə elə. Mən də yuxudan duran kimi onun tapşırıqlarını yerinə yetirirəm. Bu gün həyatda olmasa da, yuxuda hər zaman mənimlədir.
 
- Bu, sizin xoşunuza gəlir?
- Nəinki xoşuma gəlir, məni yaşadır. Vasif bizi onu unutmağa qoymur. Heç yaddan çıxası da deyil, ölüncə mənimlədir. Sağ olun ki, siz də onu yad edirsiniz, yəqin ruhu şaddır.
 
- Biz onu unutmamışıq ki, yad da edək. Vasif Adıgözəlovun ömrü musiqiləri ilə davam edir, bizimlədir, hər zaman da yaşayacaq. 

MilliYol.Az 



Xəbərin oxunma sayı : 154

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

27 MAY 2018

22:00 “Həqiqi addımlar atmağın vaxtı çatıb” - Polad Bülbüloğlu

21:47 Bakıda qız üstündə qanlı dava

21:33 Azərbaycanla sərhəddə zabit Akopyanın meyiti tapıldı

21:14 Azərbaycanın ən gülməli oğrusu - Azadlıqda+Video

20:58 İlk dəfə bir şəhərin iki komandası qarşılaşacaq - UEFA Superkubokunda

20:44 Çində 6 minə yaxın məmur cəzalandırıldı

20:30 Fransa XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişəsinin həlli...“

20:16 Ronaldu “Real”dan getmək istəyir?

19:53 4 ayda Azərbaycanda 130 avtomobil istehsal olunub

19:38 Çində benzinin qiyməti 7-ci dəfə bahalaşdı

19:26 Azərbaycan və Fransa arasında bir sıra sahələr üzrə komissiya yaradılacaq

19:13 Xalq artisti adı alan Murad Dadaşov: “İnanılmaz qürur hissi keçirirəm”

18:55 Türkiyə PKK-ya tarixi zərbə vurdu - Terrorçu təşkilat dağılır

18:42 Arsen Venqer İniestanın baş məşqçisi ola bilər

18:28 Jan-İv Lö Drian: “Fransa ADR-in dövründən Azərbaycanın yanında olub”

18:11 Biləsuvarda 16 yaşlı qızın dəhşətli sonu

17:57 Faiq Ağayev Flora Kərimova haqda: “Ondan uzağam”

17:40 İntihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA

17:28 Fransa prezidenti Azərbaycana gələcək

17:13 XİN rəhbərləri Bakıda Qarabağı müzakirə edib

16:51 Emin Ağalarov və Murad Dadaşova “Xalq artisti” fəxri adı verilib

16:39 İsrail aviasiyası fələstinlilərin Qəzza zolağındakı mövqelərinə zərbələr endirib

16:20 XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi qulluq keçməsi xəbərinə münasibət

16:09 Misirdə “YouTube” videoservisi 1 aylıq bloklanıb

15:15 Qurban Məmmədovun siyasi mühacirətə getdiyi təsdiqləndi

15:00 Minlərlə insan baş nazirin istefası tələbi ilə etiraz aksiyası keçirib - Albaniyada

14:48 Fransa-Azərbaycan Komissiyası yaradılacaq

13:55 Azərbaycan və Fransanın xarici işlər naziri arasında təkbətək görüş keçirilir

13:28 Təhsil naziri: “Bu universitet təhsil sistemində katalizator rolunu oynayır“

13:10 Qətər bu ölkələrə qarşı hərəkətə keçdi

12:56 “Edisə nifrət etdim” – Gülşen

12:40 Milli Məclis sədrinin Gürcüstana səfəri başa çatıb

12:28 Fransanın Avropa və xarici işlər naziri İlham Əliyevlə danışıqlarda

11:43 Fransanın xarici işlər naziri Bakıya gəlib - YENİLƏNİB

11:33 Gürcüstan 2021-ci ildə NATO-ya daxil olacaq

11:20 İranda zəlzələ olub- 4,1 bal gücündə

11:10 XİN Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyanat yaydı

10:56 Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı gətirilə bilər

10:41 Prezident: “Təbii resurslar yox, məhz biliklər əsas hərəkətverici qüvvədir“

10:30 Ermənistan silahlı bölmələri atəşkəsi 86 dəfə pozub

26 MAY 2018

22:00 Qısa ətək geymək qadağan olundu

21:46 Nazir sosial müdafiə sistemində şəffaflığı təmin etməyi tapşırdı

21:13 İlham Əliyev efiopiyalı həmkarını təbrik edib

20:59 Azərbaycan içki ixracını iki dəfə azaltdı

20:35 Makrondan İlham Əliyevə təbrik

20:10 Fransada atışma: ölənlər var

19:55 National Geographic: “Azərbaycan təəccübləndirməyə qadirdir”

19:36 Gürcüstanda müstəqillik günü qeyd olunur

19:19 Yəməndə milli barışıq elan edilir

19:03 Ərdoğan: “Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək”

18:43 Paşinyan kütləvi həbslərə başladı

18:22 “Prezident yeni xidməti məhz buna görə yaratdı”

18:06 “ABŞ bazalarına ilk zərbəni biz endirməyəcəyik”

17:58 İsveçrə millisinin ilkin heyəti açıqlandı

17:39 “Beşiktaş”dan ilk transfer

17:15 1 gündə 21 borclu şəxs tutuldu

17:00 Şirvanda 62 yaşlı qadın itkin düşüb

16:49 Türkiyədə tələbələrin avtobusu yandı: 14 yaralı

16:21 Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub

16:08 Qusarda traktor kanala aşdı: 1 ölü

15:47 Finlandiya prezidentindən təbrik

15:24 Zəncirvari qəzada 19 nəfər öldü

15:11 Astarada evdən 25 min oğurlanıb

14:59 83 yaşlı qadın intihara cəhd edib

14:41 Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

14:28 “Məcburi köçkünlərin 12 faizi yoxsuldur” – Dövlət Komitəsi

14:10 Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

13:42 Qəzalı obyektlərdə yaşayan köçkünlərlə bağlı rəy – “Dərhal köçürülməli…”

13:30 AXCP rəhbərliyindən daha 3 nəfər həbs olunub

13:15 Ölən “bomj”un arxasınca son model “Audi”də gəliblər – Bakıda qəribə hadisə

12:51 Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

12:39 İmperator II Nikolayın varisi Krım körpüsündən keçəcək

12:27 İsrail parlamentindəki saxta “soyqırım” müzakirələri Bakını da təhdid edir

12:10 Tramp Bakıdan donos yazan diplomata vəzifə verir

11:57 Sabiq MTN polkovnikinin şikayəti əsasında məhkəmə başlayıb

11:40 Neft ucuzlaşıb

11:29 Tramp fikrini dəyişdi: 12 iyunda görüş baş tuta bilər

11:18 Ərdoğan Qarabağ məsələsini Seçki Bəyannəməsinə daxil etdi

11:13 Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

10:51 Yük maşını aşıb – İki nəfər ölüb

10:30 “Ərdoğan təzyiqlərə baxmayaraq güzəştə getməyəcək” - Putin

10:12 Cəbhədə son vəziyyət

10:00 Bu gün Çempionlar Liqasının final matçı keçiriləcək

25 MAY 2018

21:00 ABŞ prezidenti Kim Çen Inı tərfilədi: “İstiqanlı və produktiv...”

20:52 Pakistan Türkiyədən 30 hərbi vertolyot alacaq

20:40 Çin-ABŞ ticarət savaşı bitdi: Asiya nəhəngi qalib gəldi

20:26 ABŞ İranın mülki aviaşirkətlərinə sanksiya tətbiq etdi

20:10 Ermənistan prezidenti Gürcüstana getdi

20:00 Bakı çimərliklərində yoxlamalar başladı

19:44 “Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

19:20 Akif Çovdarov məhkəmədən bəraət istəyib –“MTN işi”

19:08 Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

19:00 Deputata “Xalq yazıçısı” adı verilib

18:50 “Türk şahinləri” yenidən Bakı səmasında qayıdır

18:29 “ASAN xidmət” və “ASAN Kommunal” 1 gün işləməyəcək – Açıqlama

18:10 “Bəşəriyyət hələ qarşılaşmadığı yeni böhranla üzləşə bilər”

17:55 Azərbaycanda doğulmuş erməni Bakıya səfər edib

17:47 Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq

17:42 Sahil Babayev məşğulluq orqanlarının fəaliyyətini tənqid edib

17:38 “LUKOİL“ Ümid və Babək yataqlarının işlənilməsi ilə bağlı SOCAR-la danışıqlar aparır

17:33 Ukraynadan sərt sözlər: “Putin, cəzalanacaq“

17:27 "Arif Alışanovu öldürmək üçün mənə 600 min manat təklif etdilər"

17:22 Vitse-prezidentlərlə bağlı qanuna dəyişiklik edilir

17:17 ABŞ-Rusiya-Çin üçbucağında Dehlinin yeri

17:13 İran hərbi bazasına yeni raket zərbələri

17:09 “Malayziya təyyarəsini Rusiya vurub” – NATO

17:05 “İran nüvə sazişinin şərtlərinə riayət edir”

16:55 Ukraynada deputat cangüdənin gözü qarşısında güllələnib

16:48 Hande Ataizi keçmiş əri ilə tətilə yollanır

16:44 Tahir Kərimli: Rüstəm İbrahimbəyov bütün titullarından məhrum edilməlidir

16:33 Çin klubundan Fatih Terimə təklif: 10 milyon avro maaş...

16:26 Məşhur şairin qızının şeirləri: Torpaq, cücərt atamı

16:13 Sevda hamilə Oksanadan danışdı: “Ailə qurandan sonra...”

16:09 Azərbaycan Xocalı aeroportunu vura bilərmi? – Hərbi ekspertdən açıqlama

16:05 “Əhalinin 54 faizi kəndlərdə yaşayır, bu çox ciddi məsələdir”

15:50 İstirahət günlərinin hava proqnozu açıqlanıb

15:38 Türkiyədən Azərbaycana böyük jest – 100 illiyin şərəfinə pul

15:26 “Prezident İlham Əliyevin rəhbərliyi dövründə 1,9 milyon iş yeri yaradılıb“

15:18 “F-35-lər verilməsə, cavab tədbirləri görüləcək”

15:14 Bakıda mağazadan 1273 manat oğurlandı



loading...
Azərbaycanlı jurnalistlə erməni lideri bir-birinə bağlayan nədir?

“Cəsarətlidir, ağıllıdır… o, Ermənistanın Saakaşvilisi olacaq…”
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

"Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik”
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016