Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Vyetnamda daşqınlar 40 nəfərin ölümü ilə nəticələnib


Thanhoa və Nqean, eləcə də Şonla, Hoabin və Yenbay vilayətlərində 1200-dən çox ev suyun altında qalıb və ya dağılıb

 Vyetnamda daşqınlar azı 40 nəfərin ölümü, 22 nəfərin itkin düşməsi ilə nəticələnib.

"Report" "Euronews"a istinadən xəbər verir ki, Vyetnamın şimal və mərkəzi hissələrində yerləşən bir neçə vilayətdə yağan leysan yağışları, demək olar, ötən həftənin sonundan bəri dayanmır.

Thanhoa və Nqean, eləcə də Şonla, Hoabin və Yenbay vilayətlərində 1200-dən çox ev suyun altında qalıb və ya dağılıb, avtomobil əlaqəsi iflic olub.

Minlərlə yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Bəzi bölgələrdə əkin sahələri su altında qalıb, elektrik xətləri sıradan çıxıb. Zərər görmuş vilayətlərdə genişmiqyaslı bərpa işlərinə başlanılıb.

MilliYol.Az
Etiket:

loading...