Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Voleybolçular arasında Çempionlar Liqasının püşkü atıldı

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2018/2019 mövsümün püşkü atılıb

MilliYol apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan klublarının təmsil olunmadığı yarışda yığmamızın hücumçusu Yekaterina Jidkova mübarizə aparacaq.

Belə ki, voleybolçumuzun yeni transfer olunduğu Rumıniya "Alba"sı yarışa II təsnifat mərhələsindən başlayacaq. Blaj klubu Çexiya "Olomouts"u ilə üz-üzə gələcək. Jidkovanın komandası mərhələ adlayacağı halda, "UVC Holding" (Avstriya)/"Sliedrext" (Hollandiya) - "Ştutqart" (Almaniya) duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, I və II təsnifat mərhələləri oktyabrda, III təsnifat mərhələsi noyabrda oynanılacaq.
Etiket:

loading...