Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Vidadi Zeynalov həbsdən azad olunub?


Bir sıra KİV-lər keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun həbsdən azad olunması haqda informasiya yayıblar. Sonra aydınlaşdı ki, bu informasiya həqiqətə uyğun deyil

“Bütün bunlar yalandır, Vidadi Zeynalov Kürdəxanıdadır”, – deyə keçmiş məmurun vəkili Bəylər Məmişov virtualaz.org-a bildirib.

Eyni zamanda, Penitensiar Xidmətin mətbuat xidmətindən qeyd ediblər ki, onlar hətta əgər hər hansı məhbus azadlığa çıxırsa belə, şərh vermirlər.

Xatırladaq, Rabitə Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov 13 il müddətinə həbs cəzasına məhkum edilib. O, korrupsiyada və xidməti saxtakarlıqda ittiham olunub.

Sonradan Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə endirilib.

Etiket:

loading...