Azərbaycan ilə Ukrayna arasında hərbi sahədə əməkdaşlığın fəallaşdırılması məsələləri müzakirə olunub
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Xidməti bildirir ki, bu strukturun katibinin birinci müavini Oleq Qladkovski Azərbaycana səfər edib. Səfər çərçivəsində O.Qladkovski Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla birgə silah istehsalı, hərbi-texniki əməkdaşlıq barəsində müzakirə aparıb.
"Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Ukraynanın mühüm və perspektivli tərəfdaşıdır. Əminəm ki, hərbi-texniki əməkdaşlıq sahəsində ölkələrimizin potensialı mövcud əməkdaşlığı möhkəmləndirməyə və onun inkişafı və perspektivləri istiqamətində, xüsusilə aviatikinti sahəsində işləməyə imkan verir", - O.Qladkovski bildirib.
O, iki ölkənin həm daxili istehlakçılar, həm də xarici bazarlar üçün müdafiə sahəsində birgə layihələr hazırlayıb həyata keçirməkdə xeyli təcrübəyə malik olduğunu deyib. (Report)
MilliYol.Az
Digər xəbərlər
loading...