Ukrayna Silahlı Qüvvələrinin tərkibində kibermüdafiə üzrə xüsusi bölmə yaradılacaq
İKT.lent.az-ın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri Stepan Poltorak deyib.
Nazir xatırladıb ki, müxtəlif ölkələrdə bu cür strukturlar yaradılaraq müxtəlif idarələrə tabe etdirilib: “Litvada onlar Müdafiə Nazirliyinə tabedir və ilk növbədə nazirliyin kibertəhlükəsizliyi üçün cavabdeh olaraq digər idarələrə də tövsiyələr verir. Bizdə müəyyən sistem var və onun bir idarə ətrafında birləşdirilib-birləşdirilməyəcəyi ölkə rəhbərliyinin qərarından asılıdır. Lakin Milli Təhlükəsizlik və Müdafiə Şurası səviyyəsində çox ciddi iş gedir”.
Nazir qeyd edib ki, artıq Ukraynanı kiberhücumladan müdafiə etmək üçün müəyyən bölmələr, şəbəkə, proqram təminatı yaradılır: “NATO-dan olan məsləhətçi bizə belə bir strukturun yaradılmasında kömək edir”.
MilliYol.Az
Digər xəbərlər
loading...