DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının VIII oyunlarından sonra UEFA Millətlər Liqasının divizionları və səbətlərinin ilkin tərkibi açıqlanıb
Apasport.az saytı xəbər verir ki, 2019-cu ildə keçiriləcək yarışda komandaların alacağı yerlər son üç turnirin nəticələrinə əsasən müəyyənləşəcək.
DÇ-2014 və AÇ-2016 həm seçmə, həm final, DÇ-2018-in seçmə mərhələsinin nəticələrinə əsasən hesablanan cədvələ görə 55 milli 4 liqaya bölünəcək.
Hazırkı vəziyyətə əsasən Azərbaycan millisi C liqasında oynamalıdı. Robert Prosineçkinin yetirmələri burada sonuncu – 3 komandalı səbətin axırıncısıdı.
Yığmamız Kipr və Estoniya ilə birlikdə bu liqanın ən zəiflərinin səbətindədi.
Millimizin bu mövqeyi UEFA-nın son üç turnirə əsasən hesabladığı reytinqdə 39-cu pillədə olmasından irəli gəlir. Hesabında 17,061 xal olan yığmamız 55 ölkədən 16-nı arxada qoyur. Həmin 16 komanda isə ən zəif liqanın iştirakçılarıdı.
Reytinqin ən yaxşısı Almaniya və ən yaxın izləyiciləri Portuqaliya, Belçika və İspaniya isə A liqasının səpələnmiş komandalarıdı. Qonşu Türkiyə B liqasının sonuncu səbətində qərarlaşıb.
Qaydalara əsasən, A liqasında 12, B liqasında 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmalıdı.
Qeyd edək ki, liqalar və səbətlərin yekun tərkibi DÇ-2018-in seçmə mərhələsindən sonra dəqiqləşəcək. Qrup mərhələsinin oyunları 2018-ci il sentyabr-noyabr aylarında keçiriləcək. 2019-cu ilin iyununda liqalarda “Dördlər finalı” baş tutacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...