ABŞ prezidenti Donald Tramp Neft İxrac Edən Ölkələr Təşkilatı - OPEC-i neftin qiymətini süni şəkildə yüksəltməkdə ittiham edib
D.Tramp bu barədə "Twitter"də yazıb. "Belə görünür ki, OPEC yenə bunu edir. Hər yerdə rekord miqdarda neft var, o cümlədən dənizdə tam yüklənmiş vəziyyətdə gəmilər dayanıb. Neftin qiymətləri süni şəkildə çox yüksəldilib. Burada yaxşı heç nə yoxdur və bu, qəbul edilməyəcək", - deyə o bildirib.
D.Tramp niyə belə fikirdə olduğunu izah etməyib.
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında OPEC+ formatında nazirlərdən ibarət monitorinq komitəsinin növbəti iclası keçirilir. Bu format çərçivəsində OPEC ölkələri və Rusiya neft hasilatını azaltmaq barədə razılığa gəliblər və bu qərar 2017-ci ilin yanvarından bəri qüvvədədir. Razılaşmanın yaxşı icrasının təsiri ilə neftin qiyməti yüksəlib.(virtualaz.org)
Digər xəbərlər
loading...