Şənbə, 22 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Tramp NATO ölkələrini tənqid etdi


“NATO ölkələri ABŞ-ın müdafiə sahəsinə çəkdiyi xərcləri ödəməlidirlər”

 “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp NATO sammitinə yollanarkən “Twitter” səhifəsində yazıb.  
 
“NATO-ya üzv olan və bizim qoruyacağımız bir çox ölkə nəinki “2 faiz” öhdəliyini (müdafiə xərclərinin ÜDM-in 2 faizi həcminədək çatdırılmasına dair öhdəlik-red.) icra etmirlər, hətta  vaxtı ilə ödənilməyən vəsaitləri uzun illərdir ödəmirlər. Onlar həmin vəsaitləri ABŞ-a ödəyəcəklər?”, - deyə D.Tramp qeyd edib.       
 
Qeyd edək ki, NATO sammiti 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək.  
Xatırladaq ki, NATO ölkələri 2014-cü il tarixli Buxarest razılaşmasına əsasən, müdafiə xərclərini Ümumi daxili məhsulun (ÜDM)  2 faizi həcminədək çatdırılmasına dair üzərilərinə öhdəlik götürüb. D.Tramp dəfələrlə Alyans üzvlərindən həmin öhdəlikləri yerinə yetirməyi tələb edib. Əks halda ABŞ-ın NATO ölkələrinin təhlükəsizliyinin təmin olunması üzrə ümumi proqramlardan çıxacağı ilə hədələyib.(APA)
Etiket:

loading...