AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın kürəkəni Yaxın Şərqə yola düşüb
Bu, artıq Cared Kuşnerin ötən altı ayda bölgəyə üçüncü səfəridir. «Politico» nəşrinin yazdığına görə, həm də ABŞ Prezidentinin müşaviri olan Kuşner artıq Birləşmiş Ərəb Əmirliklərinin, İordaniyanın, Qətərin və Səudiyyə Ərəbistanının liderləri ilə təmaslarda olub. Həm də onun yəhudi əsilli olması bu təmaslara əngəl olmayıb.
Çərşənbə günü Kuşner İsraildə olacaq və orada daha bir neçə görüş keçirəcək. O, İsrail və Fələstin arasındakı böhranın tənzimlənməsi məsələlərini, Qəzza bölgəsindəki vəziyyəti, ekstremizmlə mübarizə və humanitar məsələləri müzakirə etməyə hazırlaşır.
Bu xəbərə özəl bir şərh də əlavə etmək ehtiyacı var. «Rosbalt» agentliyi tərəfindən bu gün yayılan bu informasiyaya xeyli maraqlı və məkrli tərzdə əlavə olunmuş xəritə təsvirində Cənubi Qafqaz bölgəsi də yer alıb. Fəqət, nəzər yetirərkən, ilk baxışda bölgədə yalnız iki dövlətin adı gözə çarpır – Gürcüstan və üzdəniraq Ermənistanın! Azərbaycanın adı isə «qısaldılmış» formada verilib (Azerb.) və fonda elə «gizlədilib» ki, naşı gözlər bölgədə Azərbaycan adlı dövlətin yerləşdiyini ayırd edə bilməz.
Bu da Rusiya dövlət imperiya siyasətinin daha bir məkrli-iyrənc komponentidir. Hesab və ümid edirik ki, Azərbaycanın xarici işər nazirliyi (XİN) bu «oğurluğa» adekvat reaksiya verəcək…
MilliYol.Az
Digər xəbərlər
loading...