Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Trampın “tvit”inin şərəfinə şərab buraxıldı


ABŞ prezidenti Donald Trampın “Twitter”də istifadə etdiyi və mənasını heç kimin bilmədiyi “covfefe” sözü şərabçılıq şirkətini ilhamlandırıb

İKT.lent.az-ın “The Hill” nəşrinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın şərab istehsal edən “City Winery” şirkəti “Covfefe 2015” (Red Blend) adlı şərab hazırlayıb.
 
“Biz düşünürük ki, ağlayıb-zırıldamaqdansa, indiki prezidentin şərəfinə nə isə etmək daha yaxşıdır”, - deyə şirkətin qurucusu və baş direktoru Maykl Dorf müxaliflərə müraciətlə bildirib. Trampa qarşı müxalif mövqedə olan M. Dorf deyib ki, hər şüşənin satışından əldə olunacaq vəsaitin 20%-i vətəndaş azadlıqlarının müdafiəsi ittifaqına köçürüləcək.
 
Xatırladaq ki, bu ilin may ayında D. Tramp öz “tvit”lərinin birində qəribə söz işlədib: “Mediada daim neqativ “covfefe”ə baxmayaraq...” Az sonra o, “tvit”i silib və istifadəçilərə “covfefe” sözünün mənasını tapmağı təklif edib. Lakin Tramp hələ də bu sözün nə demək olduğunu açıqlamayıb.

MilliYol.Az
Etiket:

loading...