Çərşənbə axşamı, 16 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Trampın İrana qarşı gizli layihəsi: “Ərəb NATO”su qurmağa çalışır


ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə yeni hərbi ittifaqın qurulması ilə bağlı işlər aparır

Musavat.com bu barədə Türkiyənin "Yeni Şəfəq" saytına istinadən xəbər verir.

Məlumata görə, Yaxın Şərq Strateji İttifaqı (MESA) olaraq adlandırılan quruma Bəhreyn, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İordaniyanın daxil olacağı bildirilir.

İrana qarşı yaradılması planlaşdırılan hərbi ittifaqa "Ərəb NATO"su adı verilib və hazırlanan bu layihə gizli şəkildə həyata keçirilir.

Layihə ilə bağlı Ağ Evdən üstüörtülü şəkildə açıqlama verilib. Açıqlamada bildirilir ki, ABŞ son aylarda regional müttəfiqləri ilə müştərək şəkildə işlər aparır.

Bundan başqa, ABŞ Milli Təhlükəsizlik Şurası da məsələyə öz münasibətini bildirib. Şuranın bəyanatında qeyd edilir ki, MESA İranın təhdidlərinə, radikallığa və terrorçuluğa qarşı qətiyyətli mübarizə aparacaq, Yaxın Şərqdə sabitliyə nail olacaq.

Rəsmi Tehran isə cavabında bildirib ki, bu layihə ABŞ-ın bölgədə gərginliyi daha da artırmasına səbəb olacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ hökumətinin Körfəz və ərəb ölkələri ilə ittifaq qurmaq cəhdləri boşa çıxmışdı.


Etiket:

loading...