İcra başçısının müavini işdən qovuldu - Külli miqdarda pul mənimsəyib 400 min dollara toy edən məmur haqqında sensasion faktlar Bakı lift idarəsi rəisinin zəngin həyatı: 400 min dollarlıq toy - Fotolar, Video Saatlıda məmur yaşlı kişini təhqir etdi - VİDEO
 

Toskanelli, Eratosfen və Tusinin hesablamaları və Kolumbun kəşfi - IV HİSSƏ

Tarix 17.10.16, 16:14

Font ölçüsü : - / +
bitmap-img6

Səyahətə yollanan Kolumb kimin köməyindən istifadə edəcəyini çox yaxşı bilirdi. Onun bir qeydini göstərmək lap yerinə düşərdi. O, yazır: “Bu dünyanı təsvir edən Ptolemey və başqaları güman edirdilər ki, o kürəvidir və hesab edirdilər ki, bu yarımkürə də üzərində olduqları o biri yarımkürə kimi kürədir. Bu sonuncunun mərkəzini isə onlar Arin adasında yerləşdirdilər. Bu isə ekvatorun aşağı, Ərəbistan və İran körfəzləri arasında yerləşmiş, çevrəsini isə Portuqaliyadakı San-Visente burnunu keçərək qərbə doğru və şərqdə isə Kanqara və Seresdən keçirirdilər”. (Христофор Колумб. Москва, «Путешествие», 1952. стр. 391_

Kolumb qeyd edir ki, Arin adası Şərq yarımkürəsində 900-lik meridiandadır. Həmin ada Ərəbistan və İran körfəzləri arasında ekvatordan aşağı yerləşir. Bu isə yalnız Seyşel adaları ola bilər. Həmin adaların Qrinviçə nisbətən uzunluq koordinatı 530-dir. Bunu 900-yə tamamlayanda 340 olur. Kolumbun göstərdiyi ilə Tusinin cədvəlindən alınan nəticə, demək olar ki, eynidir. Bu ondan xəbər verir ki, məşhur dəniz səyyahı özünün birinci səyahətinə yola düşməmişdən xeyli əvvəl Marağada tərtib olunan astronomik cədvəl ilə tanış idi. Necə olsa da, həmin cədəvldə 256 şəhərin coğrafi koordinatları göstərilmişdir. İspaniyanın Kordova şəhərindən tutmuş, Çinin Pekin şəhərinə kimi düzgün koordinatlar barəsində coğrafiyaşünas və xəritəşünaslarda səlis məlumat yaranırdı.
Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü T. N. Karı Niyazov Səmərqənd, Buxara, Herat, Oş və Xocənd şəhərlərinin uzunluq koordinatlarını tədqiq edərək nəticədə başlanğıc meridianın Qrinviçdən 320 qərbdə olduğunu müəyyən etmişdi. Deməli, “Zic Elxani” əsəri peşəkar səviyyədə dəqiq işlənilib başa çatdırılmışdır. 

Tarixdən məlum olduğu kimi Kolumb səyahətə başalmaqdan ötrü, Kanar adalarından bilavasitə keçid dayanacağı kimi istifadə etmişdi. Axı, həmin keçid zamanı o, Kanar adalarından başqa Yaşıl Burun, Azör və Madeyra adalarından da istifadə edə bilərdi. 
Erkən orta əsrlərdə bu adı çəkilən adalardan əlavə Atlantik okeanının qərb hissəsində Xaldat və ya Səadət adı altında naməlum adaların yerləşməsi haqqında kifayət qədər məlumatlar vardı. Lakin heç kim həmin coğrafi məntəqəyə gedib çıxa bilmirdi.
Xaldat və ya Səadət adalarının harada yerləşməsi qədim və orta əsr alimlərini həddindən artıq çox maraqlandırırdı. Bəzi alimlər, hətta həmin adaların Qrinviç meridianından 350 qərb istiqamətində yerləşdiyini bildirirdilər.

Bu məsələ ilə ciddi maraqlanan ingilis alimi Q. R. Kaye yazdığı “Hindistan astronomiyası” əsərində göstərir ki, Səadət adaları Qrinviçdən 350 qərbdədir. (Г. Р. Кае. «Индийская астрономия». 1924. стр. 52)

Maraqlıdır Q. R. Kaye nəyə görə belə fikirdədir? Həm qədim, həm də orta əsr alimlərinin əksəriyyəti üçün Səadət adaları Alantik okeanının qərb hissəsində təsəvvür edilirdi. Həmin adaların mövcud olması yalnız Köhnə dünyanın sərhədinə yaxın bir yer idi. Deməli, Kaye heç bir elmi əsas olmadan həmin adaları Qrinviç meridianından 350 qərb istiqamətində göstərmişdir. Məlum olduğu kimi Atlantik okeanından 350 qərb istiqamətində, alimlərin diqqətini özlərinə cəlb edən, belə bir mühüm adalar yerləşmir.
Mənim fikrimcə Kolumb Tusinin “Zic Elxani” koordinatlar cədvəlini və tərtib etdiyi xəritəni ələ keçirəndən sonra Azərbaycan aliminin fikirləri ilə tam şəkildə razılaşaraq, əmin olmuşdu ki, Atlantik okeanının qərb hissəisndəki torpaq Avropadan təxminən 4500-5000 km. aralıda yerləşir. Həmin məsafəni də ki, 30-35 gün müddətinə qət etmək olar. 

Toskanelli humanist Nikkolo Nikkolini tərəfindən əhalinin ümumi istifadəsi üçün yaratdığı kitabxananın qoruyucusu və rəhbəri olmuşdur. O, Yer planetinin kürə şəklində olmasının tərəfdarı idi və Hindistana qərb yolu ilə gedib çatmaq ideyasını irəli sürmüşdü. Alim astronomik “Alfonso cədvəli”ni (XIII əsr) astrologiya elemetlərinin tənzimlənməsi və düzəlişini etmişdi.


Paolo Toskanelli (1397-1484)  


Florentsiyadakı Santa-Mariya-del-Fyore məbədinin gümbəzi

Toskanelli bir çox alimlərin gördükləri elmi işləri ilə tanış olsa da o, kobud səhv nəticəsində Yer kürəsinin ölçüsünü xeyli kiçiltmişdi.
Bu cür kobud səhvə görə heç bir mütəxəssis Toskanelliyə bəraət qazandıra bilməz. Ona görə ki, o, 1474-cü ildə öz xəritəsini tərtib edəndə elementar səhvlərə yol vermişdi. Bir çox əsaslar vardı ki, Toskanelli həmin səhvlərə yol verməsin.

Filologiya, xronologiya, riyaziyyat, astronomiya və coğrafiya ilə ciddi məşğul olmuş yunan alimi və yazıçısı Eratosfen Kirenalı (b. e. əvvəl təx. 276-194) İsgəndəriyyə kitabxanasına rəhbərlik etmiş və gələcəkdə IV Ptolemey Filopart kimi tanınacaq Misir vəliəhdinin tərbiyəsi ilə məşğul olmuşdu. O, üç kitabdan ibarət olan “Coğrafiya” adlı əsərində coğrafiyanın ilk sistematik elmi nəzəriyyəsini ortaya qoymuşdu. Alim öz əsərinə dünya xəritəsini daxil etmişdi, hansı ki, Strabonun dediyinə görə Hipparx Nikeyalı tərəfindən tənqid olunmuşdu. “Yerin ölçülməsi haqqında” traktatda (“Peri tes anametreseos ges”) Eratosfen, İsgəndəriyyə ilə Siena (indiki Asuan) şəhərləri arasındakı məşhur olan məsafənin əsasında və hər iki tərəfdədə Günəş şüalarının düşmə bucaqlarının fərqini müəyyənləşdirərək, ekvatorun uzunluğunu tapmışdı.  
Ekvatorun əsl uzunluğu 40120 km olduğu halda, alim tapdığı ölçünü minimal səhvlə, 252 min stadi, yəni 39690 km göstərmişdir. Bundan əlavə o, Yerin radiusunu da tapmışdı, əgər yunan stadisi (178 metr) ilə hesablama aparılıbsa, bu 7082 km edir, yox əgər misir stadisi ilə edilibsə, onda 6287 km-dir (müasir ölçü 6371 km-dir). Müasir alimlərin bir çoxları bildirirlər ki, Eratosfen Yerin çevrəsi uzunluğunu 43625 km, radiusunu isə 6943 km kimi göstəribdir. (R. Qasımov. Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü. Bakı, “Çaşıoğlu”, 1999. səh 247)

Söz yox ki, Kolumb bu məlumat ilə yaxından tanış idi. O, özü astronomiya elmi ilə maraqlandığı üçün əlbəttə, Eratosfenin, Posidoninin, əl Xorezminin, əl-Biruninin, Tusinin və Toskanellinin hesablamalarını nəzərə alaraq, ümumi məxrəcə gəlmiş və hər bir şeyi götür-qoy edəndən sonra uzaq səyahətə yola düşmüşdü.


Eratosfen (təx. b.e.ə. 276-194)


Eratosfenə görə Dünya xəritəsi (b.e.ə. II əsr) 

Günəş saatının bir hissəsi kimi adətən məbədlərin gümbəzindən istifadə olunurdu. Ən bariz nümunə Toskanellinin Florentsiyada yerləşən Santa-Mariya-del-Fyore məbədinin gümbəzindən istifadə etmişdir. 1418-ci ildən 1436-ci ilə qədər arxitektor Filippo Brunelleskinin layihəsinə əsasən, məbədin gümbəzi inşa edilmişdi. Onun kohnə dostu olan Toskanelli 1474-cü ildə məbəddə özünün məşhur qnomonunu (həmin üsul ilə günorta vaxtının yarım saniyə dəqiqliyi ilə müəyyən etmək mümkün idi) yerləşdirir. 90 m. hündürlükdə cənub pəncərəsinin ağzında o, ortasında deşik olan bürünc disk birləşdirir. Altardan sol tərəfdə Santa-Kroçe kapellasının döşəməsində bölümlərlə olan xətkeş düzəldir. Günəşin şüası ilin iki ayında – mayın sonundan iyulun sonuna kimi, diskin deşiyindən keçib döşəməsinə çatırdı. Həmin cihaz XIX əsrin sonuna qədər fəaliyyətdə olmuşdur. Məbəddə bərpa işləri ilə məşğul olan ustaların cihazdan başları çıxmadığından sıradan çıxmışdı.


Florentsiyada yerləşən Santa-Mariya-del-Fyore məbədi

Dəqiq olmayan hesablamalar nəticəsində Toskanelli Yerin ölçüsünü kiçiltmiş və belə nəticəyə gəlmişdi ki, okean vasitəsilə İspaniyadan Hindistana qədər 6000 mildir (həqiqi məsafədən üç dəfə az).

Fransız həkimi, astronomiya ilə dərindən maraqlanan Jan Fernel (1497-1558) Yer kürəsi çevrəsinin uzunluğunu 39816 km., Yerin radiusunu isə 6337 km. göstərmişdi. (О. Коротцев. Глобус, как измеряли землю. Ленинград, «Д.Л», 1980. стр. 312)

Belə başa düşmək olar ki, Toskanelli bir astronom kimi böyük bir səhvə yol vermişdi. Çünki onun hesablamasına görə Yer kürəsinin uzunluğunun ölçüsü təxminən 29000 km-dir. 

Məhz bu səbəbdən Kolumb florensiyalı alimin hesabatı ilə razılaşmayaraq, yunan alimi Eratosfenin verdiyi ölçünü və Tusinin Yer səthi ilə bağlı olan coğrafi koordinatları əsas götürmüşdü.


Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı, “Coğrafiya” Cəmiyyətinin üzvü, yazıçı-tədqiqatçı Ramiz Dəniz

Kolumbun kəşfinin sirri və ictimaiyyətdən gizlədilən həqiqət - I HİSSƏ

“Zic-Elxani” əsəri avropalı dəniz səyyahları üçün vacib mənbə ola bilərdi - II HİSSƏ

Kolumbun transatlantik layihəsi və portuqalların məxfi ekspedisiyaları - III HİSSƏ



Xəbərin oxunma sayı : 463

loading...

Analiz

Önəmli

Son xəbərlər

24 APREL 2017

17:05 Ukrayna və Azərbaycan birgə silah istehsalını müzakirə edir

16:41 Zahir Əzəmət: “Əsas rəqibimiz “Facebook“ və “Google“dur“ - 10 yaşın söhbəti

16:38 Havanın pisləşməsi ilə əlaqədar 200-dən çox neftçi təxliyə olunub

16:33 Fahişəlik və qumara görə ağır cərimələr tətbiq edilir

16:12 Bakıda yaşayış binası yanıb: üç polis tüstüdən zəhərlənib

16:05 Qulluq mövqeyindən istifadə etməklə mənimsəməyə görə cərimə artırılır

16:05 Qulluq mövqeyindən istifadə etməklə mənimsəməyə görə cərimə artırılır

15:33 “Mütəllibovu həbsdən şəxsən mən xilas etmişəm...”

15:13 “Suriyaya səfərim yanlış addım idi” – AŞPA sədri

15:05 “Azərbaycan və İran arasında əlaqələr regionda misilsiz olmalıdır”

14:44 “Hansı ağıllı itə toy edər?!” – İtlərini evləndirən iş adamı

14:21 Qızına 400 min dollarlıq toy edən məmur işdən çıxarılır? - Rəsmi açıqlama

13:18 Aprel döyüşlərində yaralanmış hərbçilər Mehriban Əliyevanın təşəbbüsü ilə protezlə təmin olunub

13:12 Mədət Quliyev gitarada ifa etdi, mahnı oxudu - Video

13:05 Həbsdə olan MTN generalının məhkəməsinin vaxtı açıqlanıb

12:44 Tarkanın Bakı konsertindən alacağı məbləğ açıqlandı

12:33 Azərbaycana xaricdən gətirilən tropik malyariya xəstəliyi müşahidə olunur

12:18 Xalq artisti vəfat etdi

12:13 Banklar dolları yenidən ucuzlaşdırdı

11:55 Trampın ilk 100 günü

11:38 Azərbaycanda çörək istehsalında ciddi azalma: əhali daha az yeməyə başlayıb?

11:24 ADB Azərbaycana 1,3 mlrd. dollardan çox kredit ayırıb

11:12 Rusiyaya demokratiya gəlsə... Rusiya gedəcək

11:05 Kərəm Həsənovun Fərhad Əliyevdən aldığı və özünün topladığı kapital – Siyahı

10:53 Bakıda iş adamı özünə qəsd etdi

10:52 “Erməni soyqırımı” haqqında həqiqətlər - XX əsrin ən böyük yalanı

10:22 Mahir Quliyevin 6 ilində Biləsuvar: beləsi yox…

10:14 İcra başçısının həbs olunan qardaşı oğlu azadlıq sorağında – Gizli məqamlar

10:06 Ermənistan ordusu əsas mövqeyini itirdi

9:58 Məşhur aparıcımız biznes ledi oldu - FOTOLAR

9:35 Azərbaycanda şok hadisə: biznesmen itlərinə toy etdi - FOTO/VİDEO

23 APREL 2017

16:10 İcra başçısının müavini işdən qovuldu - Külli miqdarda pul mənimsəyib

13:54 Tağı Əhmədovun nəvəsinin toyundan görüntülər - VİDEO

13:32 Ətin qiyməti qəfil ucuzlaşdı - VİDEO

12:33 Azərbaycanda iki telekanalın yayımı dayandırıldı

22 APREL 2017

16:08 Səsi ilə məşhurlaşan biləsuvarlı çobana inanılmaz təklif - VİDEO

15:48 Rövşən Lənkəranskinin 24 il əvvəlki videosu yayıldı - İLK DƏFƏ (VİDEO)

15:23 Azərbaycana gətirilən bu mallar rüsumdan azad edildi

15:01 Dünyanın ən yaxşı futbolçusu kimdi? - Şok dəyişiklik

12:32 Mətanət İsgəndərlinin qızı 3-cü dəfə kimə ərə gedir? - FOTO

12:00 Hərbi hissəyə hücum: terrorçular 140 əsgəri öldürdü

11:18 Validə Abbasovadan qalmaqallı FOTOLAR

10:52 Milyarder xanımı oğlunun sevgilisi barədə elə sözlər dedi ki...

10:34 “Bu, özlüyündə bir rekorddur“ - Mehriban Əliyeva

10:15 Elman Rüstəmovun səlahiyyətləri alınır - MƏQSƏD

9:30 Bu reklam Azərbaycanı dünyaya tanıdacaq - VİDEO

21 APREL 2017

21:28 “Bakı Marafonu 2017” üçün qeydiyyat tarixi uzadılıb

19:00 Elza Seyidcahandan şok etiraf: “Övladımdan imtina etdim“

18:45 Ordumuzun ağır texnikaları gecə ilə döyüş bölgəsinə belə daşındı - VİDEO

17:48 Mehriban Əliyeva yekun iclas keçirdi - FOTOLAR

17:41 Artur Rəsizadə sədr seçildi

17:08 “Kara sevda“da romantik anlar - VİDEO

16:44 İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Tiflisdə saxlanılıb

16:30 “Dövlət İmtahan Mərkəzinin saytından materialların yüklənməsi pullu olacaq“

16:01 Ziya Məmmədovun müavininə yeni vəzifə verildi

15:28 2 qonşusunu öldürən azərbaycanlı məşhur həbsxanada evləndi - VİDEO

15:00 Bakıda 245 bina söküləcək - RƏSMİ

13:55 Milli Məclisin komitə iclasında deputatlar arasında mübahisə düşdü

12:55 Qubada məscidin nəzir qutusundan 300 manat pul oğurlanıb

12:38 “Avropa İttifaqı ilə dialoq bizim üçün prioritet sahələrdən biridir”

12:33 RİH başçısı: “Ovçular evi”nin ərazisində park salınacaq”

12:17 AZAL Azərbaycanda sıxışdırdı, çıxıb Ermənistana getdi

12:05 Uşaqlara mənəvi və fiziki baxımdan zərər vuran reklamlar qadağan edilir

12:00 “Düşmənə ciddi zərər vurmaq tapşırığı verilib“ - Zakir Həsənov

11:55 Toy karvanında təhlükəli hərəkət: “zadni“yə sürdü - VİDEO

11:33 “Qiyabilər üçün imtahanın sualları açıqlansa da, cavablar gizli saxlanılıb“ - İttiham var

11:15 Yarıtmaz icra başçılarına oliqarx “çətiri” - Gözlənti

10:50 Prezidentin xəbərdarlığından sonra icra başçısı geri çəkildi

10:38 Amerikalıların cəmi 41%-i Trampın fəaliyyətini bəyənir

10:00 Zakir Qaralov 2 prokuroru işdən çıxartdı - Yeni təyinatlar

9:49 Azərbaycanlı bəy və gəlin namizədə görə studiya boşaldıldı - VİDEO

9:40 400 min dollara toy edən məmur haqqında sensasion faktlar

9:29 Ərdoğan, Putin, Tramp və azərbaycanlı general eyni siyahıda

20 APREL 2017

18:21 Sevgilisi azərbaycanlı rəqqasəyə ev aldı - VİDEO

18:12 Şəkdə mikroavtobus aşdı: 17 yaralı var

18:05 İlham Əliyev sərəncam imzaladı: 4 milyon manat ayrıldı

17:50 Elnarə Xəlilova: “Öz rəfiqəmi boşatdırmışam“ - VİDEO

16:00 Obamanın qızı ilə evlənmək istəyən şəxs tutuldu

15:54 Azərbaycanda bankların sayı 20-dək azalacaq - Ekspert

15:49 Qanunsuz abort edənlər daha çox pul ödəyəcəklər

15:43 “Tovuz Turan” klubuna sponsor tapılacaqmı?

15:37 Sevinc boşanmasından danışdı: “Birlikdə bədbəxt olmaqdansa...”

15:31 “Həyat yoldaşım da Facebook-a girir” - Araz Əlizadə

15:25 Ukrayna və İran Azərbaycan ərazisindən keçəcək qatarla bağlı razılığa gəldi

15:20 Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair iki məxfi sənəd aşkar edilib

15:14 Azərbaycanda nümunəvi qəbiristanlıqlar yaradılır

15:08 ABŞ-da gündəlik neft hasilatı 20 aylıq maksimuma çatıb

15:02 Çinlilər Fabreqası transfer etmək istəyirlər

14:56 “Sezercik” xəstəxanaya yerləşdirildi

14:50 Terrorçuların qohumları Çeçenistandan qovulacaq

14:44 Bu deputatlar mandatdan məhrum edilə bilərlər

14:38 Peterburq metrosunda terror aktının sifarişçisi məlum oldu

14:32 Keçmiş MTN generalının səhhəti pisləşdi

14:26 Novruz Məmmədov: “Skot Dvorkin, sübut elə ki, mənim ABŞ-da iki mənzilim var”

14:20 Ucarda 4 ay əvvəl itkin düşən baxıcının meyiti tapılıb

13:33 “Azərbaycan Mərkəzi Bankına görə bir gündə 40 milyon dollar itirdik...”

13:27 Yaxın 4 gündə güclü külək gözlənilir

13:21 Valyutadəyişmə məntəqələri niyə açılır? - Səbəb açıqlandı

13:15 Sülh Platformasına daha bir nəfər qoşuldu

13:09 Ərdoğan: “Obama bizi aldatdı”

13:03 Bu şəxslər Azərbaycana vizasız daxil olacaq

12:58 Fransua Fiyon Krımı tarixi Rusiya ərazisi adlandırdı

12:52 Beren Saatın tərəf müqabili kim olacaq?

12:46 İranda avtobus aşdı: 11 ölü - Məşhəddən gəlirlərmiş

12:45 Heydər Əliyevin TGRT-yə məşhur müsahibəsi: KQB-də...

12:40 Suriyada “cənub cəbhəsi” açılır

12:34 İrandan Azərbaycana 67 min turist gəlib

12:30 “AMAY Abdulla”: “Aygünlə intim əlaqədə olmamışam”

12:28 Azərbaycan qazının Avropadakı payı artır

12:22 Keçmiş rəisin oğlunun öldüyü qəzanın görüntüləri - VİDEO

12:16 Bu il havanın orta temperaturu normadan yüksək olacaq

12:10 “Əlverişli beynəlxalq mühit yaratmaq cəhdlərimizə əngəl yaradılır” - PA rəsmisi

12:04 İran prezidenti Şərqi Azərbaycan vilayətindəki təbii fəlakət zonasında

11:59 Çaylarda daşqınlar gözlənilir? - Son vəziyyət açıqlandı

11:54 İran Bakıya 300 idmançı göndərir

11:49 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

11:43 “Azərbaycanlı biznesmenlər 5 milyard dollar qazanıb” - “Forbes Russia”

11:37 Ucarda mikroavtobus aşdı, yaralılar var - VİDEO

11:31 Bakının üç yolunda hərəkət qismən məhdudlaşdırılır

11:25 Erməni məmurlar arasında silahlı “razborka”



loading...
Nazir müəllimi ilə evləndi: özündən 24 yaş böyükdür - FOTOLAR

Fransanın növbəti prezidenti olmağa ən iddialı namizəd hesab edilən hazırkı iqtisadiyyat naziri Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Avropanın ən qeyri-adi birinci xanımı ola bilər.
Əri yazar arvadını başqa qadınlarla sevişərkən tutdu və... - FOTO/VİDEO
Yuri evə qayıdarkən yataq otağından gələn intim səslərdən arvadının başqa birisi ilə olduğunu anlayır...
ANS-in keçmiş aparıcısı Türkiyədə işə başladı

ANS-in keçmiş aparıcısı Nigar Mahmudova Türkiyəyə köçüb.
Aparıcı canlı yayımda pis vəziyyətdə yaxalandı - VİDEO
Avstraliyada yayımlanan ABC News 24 telekanlında idman xəbərlərini təqdim edən aparıcı canlı yayımda biabır olub.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016