Dr. Səbinə Mirzəyevadan xəbərdarlıq: Erkən nikahlar və qohum evliliklər təhlükəlidir 245 saylı məktəbdə nə baş verir? - Direktor təkzib edir, valdeyn isə... Müşviq Rəhimovun kürsüsü əldən gedir: Əlixan Zeynalovun böyük xəyalları reallaşacaqmı? Xocavənddəki kiçik məmura böyük ittiham: Rəfail Mustafayev milyonları necə qazanıb?
 

Təranə Qumraldan ərinin yanında qayınanası haqda şok sözlər MÜSAHİBƏ

Tarix 25.11.16, 9:00

Font ölçüsü : - / +
bitmap-img6

Müğənni Təranə Qumralın müsahibəsi:


- Şou-biznesdə bir qədər sükut var, sənətçilərin əksəriyyəti yaradıcılıqlarına ara veriblər. Sizdə vəziyyət necədir?

- Şou-biznes susub? Biz susmuruq, susmaq fikrimiz də yoxdur, iş görürük. Gözəl mahnılar yazdırmışıq. İki mahnımız hazırdır, sosial şəbəkədə yerləşdirmişik. Bir mahnının sözlərini mən, musiqisini isə Musa yazıb. Mahnı “Nə yaxşı ki, biz evləndik” adlanır. Digər mahnının musiqisi isə Fərid Kərimiyə məxsusdur, adı “Sənlə sevdim həyatı”dır. Yaradıcılığımıza davam edirik.

Köhnə mahnılarla efirə çıxmaq istəmirik. Mahnı da geyim kimidi. Bir neçə dəfə geyinmək olmur. Tamaşaçılarımız artıq mahnılarımızdan doyub, yeni musiqilər istəyirlər.
“Bizi ayırmaq istədilər, arzularını ürəklərində qoydum”

- Dediz ki, “Nə yaxşı ki, evləndik” mahnısının sözlərini siz yazmısız. İdeya necə yarandı?

- Şeirləri adətən axşamlar yazıram. Bizim kiçik qızımız var, o yatandan sonra evdə sakitçilik olur. Allah hər kəsin balalarını saxlasın. Evdə Musa müəllim ya futbola baxır, ya da gitara çalır. Mən isə aradan çıxıram, şeir yazmağa başlayıram. Tez-tez yazan deyiləm, son zamanlar daha çox həvəs yaranıb. Mahnının sözlərində deyilir ki, “Üzərlik yandırın, göz dəyəcək bizlərə”. Əslində həyatda bizim adımızı “Tviks” qoyublar. Hər zaman bir aradayıq.

Qonşularımız deyir ki, siz bir-birinizdən bezmədiz? Nə qədər bir arada olmaq olar? Bu gün də müsahibəyə bir gəlmişik. Paxıl insanlar çoxdur. Bizi ayırmaq istəyənlər var, ancaq məqsədlərinin nə olduğunu bilmirəm. Onların arzularını ürəklərində qoydum. Ailənin dağılmağına imkan vermədim. Çox vaxt deyirlər ki, ailədə kişilər günahkar olur. Kişilər dəlisov olurlar, oddular. Biz suyuq, söndürməyi bacarırıq. Bizi Allah ayırmasın, Allah ayırsa, bəndə nə çarədir?

-Göz-nəzərə çox inanırsız?

- Dəhşət çox inanıram. Ailəmiz, həyatımız haqqında çox danışdıq, gözə gəldik. Bu şeyləri çox danışmaq olmaz. Gözə çox inanıram, bura gələndə də evdə üzərlik yandırdım.

-Siz indiyənə kimi heç vaxt klip çəkdirməmisiz... Klipsiz populyar olmaq çətin olmadı?

- Xalqın sevgisi bizi məşhur etdi. Xalq bir insanı sevərsə, onu heç kəs endirə bilməz. Biz xalqımıza borcluyuq. Ev şənliklərində, toyda daha çox məşhurlaşırsan. “Sevgi dolu dünyamızı neylədin” mahnısı ilə tanındıq, sevildik. Xalq biz dəyər verdi, ayağa qaldırdı.

Müsahibəyə müğənninin həyat yoldaşı Musa Musayev müdaxilə edir:

- Bir şey də mən əlavə edim. Xalqımızın zövqünə uyğun mahnılar yazdırmaq lazımdır. Söhbət ondan gedir ki, zamanın tələbatını ödəmək, dinləyicinin zövqünü oxşamaq lazımdır. Həm də bu arenada naxış qoymaq lazımdır. Təranə Vəlizadə ilə Eyvaz Həsənov cütlüyü var idi, ər-arvad kimi onlar duet oxuyurdular. Allah Eyvaza rəhmət eləsin. Onlardan başqa cütlük duet şəklində tanınmır.

Təranə Qumral söhbətə davam edir:

- Həm geyimlərimiz, həm də səhnə mədənyyətimiz ilə yadda qalmışıq. Deyərdim ki, səhnə mədəniyyəti çox vacibdir. Müğənnilər var ki, mahnı səslənməmiş oynamağa başlayır. Mahnıya uyğun hərəkət etmək lazımdır.

“Bizim sevgimiz var-dövlət üzərində qurulmayıb”

- Musa Musayev və Təranə Qumral cütlüyü necə tanış olub?

- Bizim sevgimiz var-dövlət üzərində qurulmayıb. İndi belə xanımlar çox azdır. Kişilərə maşınına, evinə, geyiminə görə qiymət verirlər. Musa müəllimlə ailə həyatı quranda onun bir kostyumu var idi. Gecə-gündüz onu geyinirdi. Mən Musanın dəli xarakterini sevmişəm. O vurub-dağıdan biridir. Xanımlar bu cür kişiləri sevmirlər. Biri bir söz deməsin, onu axtaracaq, vuracaq və s.

Musada əsl kişi xarakterləri var. Düzdü, söyüş söyən biridir. Dəli insandır, əsəbiləşir, söyüş söyür. Sükan arxasında belə sürücülər əsəbiləşdirəndə onları söyür. Söyüş onun canında var, anası belə doğub. Onu mən tərbiyə etməmişəm ki... Bizim ailədə nə uşaqlarım, nə də mən söyüşcül deyilik. Ancaq Musanın ürəyi sevgi doludur.

“Musa məndən başqa heç bir qadınla maraqlanmır”

- Həyat yoldaşınızın əsəbi olduğunu deyirsiz. Əsəbiləşəndə necə sakitləşdirirsiz?

- Onu məndən başqa heç kim sakitləşdirə bilmir. Musa bəzən küskün olur. Küsəndə telefonlara cavab vermir, heç kimin üzünə baxmır. Mən demirəm ki, biz dalaşmırıq. Ən çox elə biz mübahisə edirik, sözümüz çəp gəlib küsürük. Ən çox dalaşan cütlük bəlkə də, bizik. Onun telefonuna zəng gəlir, cavab vermir. Onun telefon nömrəsini çox insan bilmir.

Ən yaxınları zəng edə bilər. Qəribə xasiyyəti var. Gözəl ata və ərdir. Bütün gözəlliklər onda cəmləşib. Heç kəsin xətrinə dəyməz, kövrək insandır. Əsas odur ki, qız-gəlinə pis baxmır. Musa mənə çox bağlıdır, digər qadınlar onun üçün maraqsızdır. Məndən başqa heç kimi görmür. Ova gedir, deyir ki, mənlə gedək. Uşaq anasına necə bağlıdırsa, o da mənə elə bağlıdır. Ölməyimdən çox qorxur.

“Mənə deyirlər ki, niyə Musadan boşanmadın?”

- Bəlkə də, Musa bəyin anasıyla münasibətləri o qədərdə yaxşı olmadığı üçün sizə bu qədər bağlanıb.

- Yox, səhviniz var. Musa kimi anasını sevən yoxdur. Hər bir insanın səhvləri və düzləri olur. Hər birimiz küsəndə anamızdan inciyirik, nəsə umuruq. Ana ürəyin giziltisidir. Anadan nəsə görəndə sınırıq, küsürük, əzilirik. Deyirik ki, kaş anam arxamda olardı. Bir kəlmə Musanın anasına söz desən dünyanı dağıdar. Hisrlənəndə çox şey deyə bilər. Mənə də hərdən deyir ki, səni istəmirəm.

Kənardan hamımız haqqımızda çox şey deyirlər. Heç kim içimizdə nələr yaşadığımızı görmür. Qıraqdan qınamağa nə var ki? Mənə deyirlər ki, niyə Musadan boşanmadın? Niyə ayrılım? Biz bu sənətdə, ailədə bir addımlamışıq. Mən heç kəsi yarı yolda qoya bilmərəm. Xarakterim budur, yarımçıq qalmaq istəmərəm.

“...Mağazada Musa məni vursa, ona heç nə demərəm”

-Özünüzü güclü qadın hesab edirsiz? Bu qədər söz-söhbətlərə dözmək asan deyil...

- Kənardakı insanlar mən yıxmaq istəyəndə daha çox güclənirəm. Məndən nəsə yazırlar, yazdıqlarını oxuyub özümdə güc toplayıram. Hər yerdə mənim haqqımda pis rəy yazanlar ola bilər. Düşünürəm ki, haqqımda yazanlar üçün daha çox qiymətliyəm. Məni qiymətli bilməsə elə şeylər yazmaz. Pis şərh yazmaqla məni sındırmaq istəyirlər, ancaq alınmır. Mənə dəyər verdikləri üçün gözləri götürmür. Çox səbrli qadınam. 1000-2000 min insanın səbri məndədir.

Böyük qızım çox hövsələsizdir. Mənə deyir ki, çox səbrli qadınsan. Hərdən onunla mağaza düşürəm. Musa 5-6 dəfə zəng vurur, qızım əsəb keçirir. Deyir ki, niyə tez-tez zəng edir, bilir ki, mağazadayıq. Mən də sakit bir şəkildə cavab verirəm. O da söyləyir ki, çox dözümlü qadınsan. Biri var tərbiyəli əsəbi, biri də var tərbiyəsiz əsəbi... Məni mağazada Musa vursa, ona heç nə demərəm. Əlbəttə, qürurum və əsəbilərim var. Ancaq ona heç vaxt cəmiyyət arasında söz demərəm.

“Ailəmdə, geyimimdə səhv buraxmıram”

- Həyat yoldaşınız sizə əl qaldırıb?

- Yox, əsəbidir və dəlisovdur. Dalaşdığımız günlər çox olub. Ancaq məni döyməyib. İnanın, vursa, tam səmimiyyətimlə deyərəm. Məni heç kim təzyiq altına sala bilməz. Elə bir qadınam ki, ailəmdə, geyimimdə səhv buraxmıram. İnsanlar məndən məsələhət alır. Səhv etmişsəmsə, üzr istəməyi bacarıram. Kiməsə sözüm varsa, üzə deyirəm.

- Sonuncu dəfə adınızın hallandığı qalmaqallarda susdunuz, bunu necə bacarırsız?

-Qarşımdakını susaraq öldürürəm. Həmin şəxsin sözünü içində qoyuram. Sözü mənə atır ki, bəlkə özümdən çıxam. Görür ki, mən ona əhəmiyyət vermirəm. Əhəmiyyət verməyəndə həmin şəxs cılızlaşır, əriyir, yox olur. Elə olub ki, Musa mənə bir söz deyib, xətrimə dəyib.

Mən ona heç nə deməmişəm, susmuşam. Bundan əlavə Musagilin ailəsi, anası mənə çox söz atıb. Bizə müdaxilə ediblər. Mən isə demişəm ki, səsini kəs, o sənin anandır, mən isə yad qızıyam. Mən belə şeyləri də bacarıram.

- Siz küsəndə Musa bəy barışmaq üçün nələr edir?

- Qucaqlayır, öpür. Deyir ki, hara gedək? Bəlkə bilet alıb başqa ölkəyə gedək? Görür ki, yox, alınmır. Özüm özümü sakitləşdirməliyəm. Başqa heç kəs məni sakitləşdirə bilməz.

“Qızımın yox, kürəkənimin tərəfini saxlayıram”

- Hökümlü bir qadına bənzəyirsiz...

- Lazım olan yerdə hökmüm keçir. Heç vaxt qızımın tərəfini saxlamıram. Kürəkənimə dəstək oluram. Evdə nəsə problem olansa, deyirəm sən səhv edirsən, o kişidir, sus. Susdurmağı bacarıram, hökmlü deyiləm.

- Ətrafınızda paxıl insanlar çoxdu?

- Allah mənə elə bir hiss verib ki... Məndə böyük bir qüvvə var. Allah mənə paxıllıq edən, pis niyyətli olan şəxsləri ətrafımdan tez uzaqlaşdırır. Əslində hər birimiz insanıq, insanlarla yumşaq rəftar etmək, inanmaq istəyirsən. Ancaq məni yad adamlar aldada bilməz. Öz sevdiklərimə aldana bilərəm. Onları sevirəm, bağlanıram. Hər yalanlarını düzgün kimi qəbul edə bilərəm.

Mənə söz atanları yerində otuzdururam. Elə bir tut yoxdur ki, onun arxasında çöp olmasın. Hamını keçmişi var. Qurdalasan, hamının səhvi ortaya çıxar. Dünyayda tək səhvsiz Allahdır. Hər kəsin ailəsində problemi var. Heç kimin həyatı bağlı boğça deyil. Hamı bir-birinin nəsil-kökünü yaxşı bilir. Azərbaycan balaca ölkədir. Yəni ki, heç kim səhvsiz deyil.

- Kiçik qızınız eyni zamanda aktrisa olmaq istəyir.

- Qızımızın 9 yaşı var, gözəl piano ifa edir. Gəşəng oxuyur, gimnastikaya gedir, muğamdan dərs alır. Qızım fitri istedaddır. Yaxşı film olsa, istəyirəm ki, ora çəkilsin. Elməddinin seriallarına baxır, deyir ki, mən niyə çəkilmirəm? Bəlkə gələcəkdə alındı. Bizim istedadlı uşağımız var, çəkmək lazımdır.

“Ailəmin dağılmağına icazə vermərəm”

- Musa bəy, Təranə xanım mətbəxdə necədir?

Musa Musayev: Təranə xanım kimi ana dünyada yoxdur. Övladlarına qarşı çox yaxşıdır. Ərə verdiyimiz qızların qayğılarına qalır. Hər gün hal-əhval tutur, problemlərini həll etməyə çalışır. Bir ana kimi qayğıkeşdir. Onun çox gözəl əl qabiliyyəti var. Bir gün bizə qonaq gəlin, onun yeməkləri ilə siz özünüz tanış olacaqsız, bəyənəcəksiz.

Təranə Qumral: Şərt o deyil ki, dadlı yemək bişirəsən. Əsas odur ki, kişinin qarnını doyurasan. Mətbəxtdə 10 cür xörək ola bilər, amma qadın kişinin qarnını doyuzdura bilməz. Mən yeməyi gülər üzlə təqdim edirəm. Əsas o deyil ki, stolun üstündə hər şey olsun? Az olan yeməkləri də bəh-bəhlə yeyəsən.

Mən yeməklərə sevgi qatıram. Əsas odur ki, diqqətcil qadınam. Onların dağılmağına icazə vermirəm. Hamı bir-birinə hörmət qoyur, əlaqə saxlayır. Kürəkənlərdən Musa və mənə böyük hörmət var. Birinci qızım 10 ildir ki, evlidir. Hələ də kürəkənim mənə “xanım”, Musaya “bəy” deyə müraciət edir. Heç bir şeyi açıb-ağartmırıq. Dəyərləri qorumaq lazımdır.

- Bəs ikinci kürəkən?

- Kiçik kürəkən üçün hələ tezdir, 3 il onun üçün azdır, təcrübə yığmalıdır. Biri deyir ki, qızımı gözəl yerə ərə vermirşəm, 6 aydır ki, evlidir. Mən cavab verirəm ki, heç vaxt gözəl deyə bilməz. O zaman gözəl olur ki, 10 il oturuşmuş bir ailə olsun. Mən ürəklə deyirəm ki, qızım gözəl yerə gedib. 10 il sınanmış bir ailədə yaşayır. Ac-sussuz qalıblar, əziyyət çəkiblər, amma bir addım atıblar.

“Hər qızın işi deyil ki, qayınana-qayınata ilə qalsın”

- Siz qızlarınızın ailəsinə maddi köməklik edirsiz?

-Onların problemlərindən xəbərsiz olmuşam. İndiki cavan oğlanlarımız 500 manatdan artıq maaş almırlar. İkinci qızımın yoldaşı müəllimdir. İnanırsan, “Pampers” almağa pulları olmayıb, ancaq mənə deməyiblər. Daha sonra məlumatım olur, çox pis olmuşam. İndiki dövrdə hər qızın işi deyil ki, qayınana-qayınata ilə qalsın. İkisini də qayınatalı, qayınanalı evə ərə vermişəm.

- Seçimi özləri edib?

-Bəli, yoldaşlarını özləri seçib. Biz isə maraqlanmışıq, araşdırmışıq. Onların özləri sevib. Mən qızlarımı istədiyim adama ərə versəydim, belə hünərlə danışa bilməzdim. Biz də valideyn kimi əlimizdən gələni edirik. Onları çətinliyə öyrətmişəm. Anayam, bir əlim üstlərindədir.

Nə çatmırsa, müəyyən qədər köməklik edirəm. Uşaqlarımızı yüksək səviyyədə saxlamışıq. Yeməmişik yedizdirmişik, geyinməmişik, geyindirmişik. Onlar gözəl yaşayıblar, ailə qurandan sonra əziyyət görüblər. Demişəm ki, belə də ola bilər. Mən başqaları kimi deməmişəm ki, əziyyət görən kimi evimizə gəl.

“Qayınanam məni görmək istəmir...”

- Sizin qayınananızla aranız necədir?

- Çox pis... Durub yalandan danışmaq istəmirəm. O məni görmək istəmirəm. Görmür, görməkdə istəməsin. Mən ona yalvarmalıyam? Məni istəyəni istəyirəm. Özüm qayınanayam, mənə indən belə qayınana lazımdır? Özüm 5-6 ailəyə baxaram. Cavan gəlin deyiləm ki, qayınana arzulayım? Ya da ki, oğlunu məndən ayırar deyə ona yaltaqlanmalıyam? Qayınanam oğlunun yanına gəlsə, başımın üstündə yeri var. 100 faiz ona qulluq edərəm. Səmimi deyirəm, Musa mənim üçün əzizdir. Ona əziz olan insanlar da mənə əzizdir. Allah heç kəsə göstərməsin, yaşlanıb, yeriməkdə çətinlik çəkə bilər. Gəlib bizdə qalmaq istəyər, buyursun. Mən kin saxlamaram, Musanın anasıdır.

- Qızlarınızdan hansı daha çox sizə bənzəyir?

- Kiçik qızımı özümə oxşadıram. İnanıram ki, yolumuzu o davam edəcək. Aktiv biridir, xarakteri mənə oxşayır. 

qafqazinfo



Xəbərin oxunma sayı : 331

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

23 İYUN 2017

18:27 Prezident 3 milyon manat ayırdı

18:21 İlham Əliyevdən Ramazan təbriki

18:19 Rafael Cəbrayılov iş xanımının borcunu qaytarmır – Açıqlama

17:55 Dolların iyunun 29-na olan məzənnəsi açıqlanıb

17:40 “Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir”

17:33 “Danışıb kimisə pis vəziyyətdə qoymaq istəmirəm”

17:18 “Formula-1”: Maks Ferstappen hamını qabaqladı

17:12 Tarkanın Bakı bulvarından fotosu: “Azərbaycan üçün darıxmışam“

17:00 "Mərkəzi Bank "Bank Standard"da auditin aparılmamasına göz yumub"

16:33 Ucarda 11 yaşlı oğlan çayda batıb

16:20 İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

15:27 Çexiyanın Ermənistandakı səfirinin söylədiyi fikirlər araşdırılacaq

15:05 "Atəşkəsin pozulması status-kvonun davamsız olduğunu göstərir"

14:33 "Ordumuz bir həftə əvvəl düşmənə layiqli cavab verdi"

14:12 Zərərçəkən Maqsud Mahmudov Eldar Mahmudovun məhkəməyə gətirilməsini tələb edib

13:26 “Rəsmi Kiyevə ölümcül silahlar verilsin“ - 8 tələbdə başqa nələr var?

13:20 Azərbaycan prezidenti Kosta Rika XİN rəhbərini qəbul edib

13:10 İxrac mallarına görə vəsaitləri ölkəyə gətirməyənlər üçün “qırmızı kanal” sistemi tətbiq olunacaq

12:20 Sabah Bakıda 29 dərəcə isti olacaq

12:18 “Əmək pensiyaları haqqında” qanunun tətbiqində problem olmayacaq”

12:12 Nəqliyyat və telekommunikasiya qurumları gücləndirilmiş iş rejiminə keçi

11:50 "Bu yayın ən yaraşıqlı bəy və gəlini"

11:38 "Atam ikinci arvadını evimizə gətirdi"- "Banu"nun Güneli

11:33 Azərbaycan Ordusunun şərəfinə yeni medal təsis olunur

11:15 Ərəb ölkələrindən Qətərə qarşı 13 tələb –Dohaya 10 gün vaxt verildi

11:05 Ramazan tətili başlayır

10:34 “Müəyyən vəzifələrdə yoxsul insanların çalışmasını istəmirəm”

10:18 Prezident İlham Əliyev Şirvan şəhərinə səfər edib

10:12 "Formula-1" Azərbaycan Qran-prisi start götürür

22 İYUN 2017

17:50 Putin məzarlıqda leysana düşdü

17:44 Qubad ibadoğlu: “Manat nədən möhkəmlənir?”

17:30 Trampın müşavirləri Fed-ə yeni sədr istəyir

17:24 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:15 2017-ci il dövlət büdcəsinə yenidən baxılmasının səbəbləri açıqlanıb

17:05 Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib

16:55 Belçikalı senator “qara siyahı”ya salınacaq – XİN araşdırma aparır

16:40 Azərbaycanda bayram namazı ilə bağlı qeyri-müəyyənlik - açıqlama

16:33 400 minlik toyu ilə gündəmə gələn Aysel “Lider“də aparıcılıq edəcək?

16:12 Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təsdiqlənib

15:35 “Magistraturaya plan yerləri 80.92% dolub“

15:23 Yaxın Şərqin ən güclü lideri olmaq istəyən 31 yaşlı qorxulu və çılğın siyasətçi taxt-taca necə varis oldu?

15:10 Eldar Əzizov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

14:50 lham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

14:40 Lapşinin məhkəməsinin baxış iclası iyunun 30-na təyin edilib

14:20 2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır

14:15 "Azərbaycan və Moldova arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində yaxşı potensial var"

12:50 Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

12:44 “Həmsədrlərin son bəyanatı Rusiya XİN-in mövqeyini tam əks etdirir”

12:27 Hesablama Palatası dövlət büdcəsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsinə rəy verib

12:15 “Ailə TV”nin ofisinə silahlı basqın – Seyfi apardılar

12:05 “Həmsədrlər Azərbaycandakı ictimai etirazdan nəticə çıxarmalıdırlar“

11:44 Əhəd Abıyevin Gürcüstan sevgisi

11:30 Tağı Əhmədov:“3 milyon manatı haradan əldə etməyimin heç kəsə dəxli yoxdur”

11:12 Manatı yeni devalvasiya gözləyirmi? – Mərkəzi Bankdan açıqlama

10:50 Moldova prezidenti İqor Dodonun rəsmi qarşılanma mərasimi olub

10:34 Bakıda 17 və 18 yaşlı qızlar itkin düşüb

10:30 “Şimal axını-2” kiməsə qarşı yönəlməyib – Putin

10:24 Lənkəranda intihar – 64 yaşlı kişi özünü asdı

10:18 Fitrə zəkatının həcmi nə qədərdir? - QMİ açıqladı

10:12 Mərkəzi Bank uçot dərəcəsinin aşağı həddini 10%-ə endirib

10:06 MN: Ermənistana məxsus PUA məhv edilib

21 İYUN 2017

18:21 Prezident bu şagirdlərin adını “Qızıl kitab”a saldı

18:19 İlham Əliyev bu şəxsləri təltif etdi

13:05 Sabah leysan yağacaq, dolu düşəcək

12:50 Məleykə Əsədovaya ev verən keçmiş məmur: “Dedilər ki, ona sponsorluq edim“

12:15 “QMİ tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur”

10:35 Liviya sahillərində miqrant faciəsi- 126 nəfər itkin düşüb

10:30 “Qara bazar”da dollar neçəyədir?

10:24 Prezident Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib

10:18 Qərbi Azərbaycan əyalətində İŞİD-in 40 casusu tutuldu

10:12 Ana öldürüldü, qızı yaralandı – Evə basqın

10:05 Müdafiə Nazirliyi: Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib

20 İYUN 2017

18:40 Prezident 4 nəfərə general rütbəsi verdi (SİYAHI)

18:21 Prezident dini qurumlara maliyyə yardımı ayırdı

17:55 Sabah Bakının iki rayonuna su verilməsində məhdudiyyətlər olacaq

17:40 Neftin qiyməti 7 aylıq minimuma düşdü

17:33 Xəzər dənizində zəlzələ baş verib –4 bal

17:20 Həbs edilən iranlılar kimdir: diversant, yoxsa balıqçı? –Körfəzdə daha bir gərginlik

17:12 İyunun 17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

17:05 Dollar neçəyə olacaq? –Mərkəzi Bank yeni məzənnəni açıqladı

16:50 “Apreldə də yarış keçirə bilərik“ - Nigar Arpadarai

16:38 Atambayev Putinə dedi: “Bizə siyasi oyunlar lazım deyil”

16:33 İstanbulda partlayış: yaralı var

16:24 “Dostlarımın mənə münasibəti dəyişdi“ - Natavanla nişanlanan Dado

16:18 İstanbuldan Kazana uçan təyyarəni ildırım vurdu

16:12 2017-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq

16:05 Dövlət qulluğuna qəbulla bağlı müsahibələr ödənişsiz olacaq

15:55 Qətər diplomatları ölkədən qovur - 48 saat vaxt verildi

15:50 1500-dən çox müəllimin iş yeri dəyişdirilib

15:44 Merkelin britaniyalılara ürəyi yumşalıb

15:39 Prezident İlham Əliyev Almaniyanın Bakıdakı səfirliyində olub

15:33 AZAL 4 “Boenig 787-Dreamliner” təyyarəsi alır – 918 mln. dollara

15:20 Şengen vizası ilə bağlı dəyişiklik –Avropa İttifaqı qərar verdi

15:12 İpoteka kreditlərinə çıxış imkanları sadələşdirilib

15:05 Azərbaycansayağı faşizm – Seymur Baycan yazır...

14:50 Həştərxanda Leyla Əliyevanın adından iftar süfrəsi açılıb

14:45 ABŞ İranın Latakiyaya “kürd dəhlizi”ni bağlayır

14:40 “Həmsədrlərinin substantiv danışıqları davam etdirmək barədə çağırışını dəstəkləyirik”

14:33 İnflyasiyada azalma əlaməti yoxdur

14:28 İyulun 1-dən müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başlayır

14:22 Tolikdən Şəbnəmə sərt sözlər:“Hələ çox balacasan...“

14:15 “Bu gün 32 dövlət əmlakı özəlləşdirilib“

14:10 Bugünkü valyuta hərracında dollar ucuzlaşıb

13:55 Bakıda evdən 40 min manatlıq qızıl oğurlayan şəxslər tutulub

13:50 2018-ci il Formula 1 Azərbaycan Qran Prisinin vaxtı məlum oldu

13:45 Sabah yenə şimşək çaxacaq, yağış yağacaq

13:40 “Azərbaycanda fəhlə peşələri üzrə kadr azdır” – Nazir

13:33 Türkiyə-İran sərhədində partlayış – İki Azərbaycan vətəndaşı yaralanıb

13:20 “Nazir dedi ki,işin içindən hörmətli adamın adı çıxır …” - Çovdarovdan maraqlı ifadə

12:48 “İşğal altındakı torpaqlarımıza turist axını olması qeyri-mümkündür”

12:44 Prezident İlham Əliyev Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib

12:38 Masallıda silsilə oğurluqlar edən dəstə yaxalandı

12:33 “Bu, necə müsəlmançılıqdır?!” – Əli Həsənovdan İrana

12:20 Ermənilərin Mil-Muğan Hidroqovşağını partlatmaq istədilər

12:12 57088 şagird imtahan verəcək –DİM-dən xəbərdarlıq

12:05 42 nəfərin cəsədi bir-birinə sarılmış halda tapıldı - Londonda dəhşət

11:55 MN: Təlimlərdə qoşunlar döyüş tapşırıqlarını icra edir

11:45 “İyun üzrə pensiya ödənişləri Ramazan bayramınadək başa çatacaq“

11:40 “Ermənilər kilsələrində “İncil”i belə, Türkcə oxuyurdular”

11:34 KİV: Ermənistanın Baş Qərargah rəisi istefaya göndərilir



loading...
Kosmosu fəth edən ilk qadın: Xuruşovun təbliğat məqəsədli evlilik planı (DOSYE)


Valentina Tereşkova kimdir?
Milyard dollarlıq dahi türk kimdir?

2016-cı ildə Forbes jurnalı İzmirdə doğulan Robert Kollec məzunu və San Dieqo mərkəzli 12 milyard dollar dəyərindəki biotexnologiya şirkəti Samumedin qurucusu və CEO-su iş adamı Osman Kibarı da dünyanı dəyişdirən 30 insan arasına salaraq jurnalın üz qabığına yerləşdirmişdi.
Tanınmış azərbaycanlı jurnalistin karyerası bitdi

Tanınmış jurnalist Kənan Quluzadə jurnalistikadakı fəaliyyətinə son qoyduğunu açıqlayıb.
“Space TV“də keçmiş ANS-çilər arasında qalmaqal

Space TV-nin xəbərlər departamentinə yeni baş redaktor təyin edilib.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016