Cümə axşamı, 20 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Tələbələrlə polis arasında toqquşma – Baqramyan prospekti bağlanıb



Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, aprelin 16-da Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

Onlar dəsrlərə girməyiblər və otraq aksiya keçirirlər.

Tələbələr Yerevanın Baqramyan prospektini bağlayıblar. Bu səbəbdən şəhərin mərkəz hissəsində nəqliyyatın hərəkəti ifliç olub və tıxac yaranıb. Polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. Tələbələr isə bu tələbə məhəl qoymayıblar. Bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Qeyd edək ki, aprelin 13-də Serj Sarqsyanın baş nazir olmasının qarşısının alınması məqsədi ilə Yerevanda bir sutka fasiləsiz mitinq keçirilib.

Aprelin 14-də Ermənistanın hakim Respublikaçılar Partiyası S.Sarqsyanın baş nazir postuna namizədliyini rəsmi olaraq, irəli sürüb. Baş nazirin namizədliyi parlamentin apreıin 17-də keçiriləcək iclasında təsdiqlənəcək.


MilliYol.Az
Etiket:

loading...