Çərşənbə axşamı, 21 Avqust 2018
USD : 1.7
EUR : 1.996
Hava
+34 ° Baku
+28 ° Quba
+28 ° Qusar
+32 ° Gəncə
+31 ° Lənkəran
+36 ° Naxçıvan
+33 ° Salyan
+31 ° Şəki

Təhsil naziri məzunları təbrik edib



Təhsil naziri Ceyhun Bayramov məzunları təbrik edib

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, nazirin təbrik məktubunda

“Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcəkdir. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi  və dəyərlər bu yolda sizə  zəruri dəstək verəcək.

Əminəm ki, Siz  özünütəsdiq  inamınızla  arzuladığınız gələcəyi quracaq,  ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız”, - deyə bildirilir.

C. Bayramov onu da qeyd edib ki, ömür boyu öyrənmə yanaşması, səmərəli ünsiyyət və əməkdaşlıq  bacarıqları olan, Vətən sevgisi ilə yaşayan gənclər ölkənin qızıl insan kapitalıdır: “Sizin hər biriniz Azərbaycan üçün dəyərli və əvəzolunmazsınız! Həyatınızın yeni mərhələsində sizə uğurlar arzulayıram!".

MilliYol.Az
Etiket:

Vacib xəbərlərimizdən Poliqon İA (PİA.az) Teleqram-kanalından xəbər tutun.


Populyar xəbərlər

Geosiyasət

Korrupsiya

Elm və Texnologiya

Din və Mistika

Araşdırma

Media