Tayvanın Cinbey şəhərinin xəstəxanalarının birində güclü yanğın baş verib
Yanğın nəticəsində azı 9 nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb. İnsident gecə saatlarında məlum olmayan səbəbdən xəstəxananın 7-ci mərtəbəsində baş verib.
Yanğın barədə məlumat yerli vaxtla saat 04:36-da yanğınsöndürmə xidmətinə daxil olub. Hadisə yerinə 79 texnika və 243 yanğınsöndürən gəlib və yanğın saat 05:27-də nəzarət altına alınıb.
Hazırda xəsarət alanlardan 10-nun vəziyyəti çox ağırdır. (trend)
Digər xəbərlər
loading...