Sabirabadın icra baçşcısı haqqında yayılan malumat yalan çıxdı Avropada qadın müəllim azyaşlı azərbaycanlıya dəhşət yaşatdı (FOTO) “Milla”da kütləvi ixtisarlar başladı: Şirkətə polislər çağrıldı… “Masazırda su altında qalmış avtomobillər satışa çıxarılacaq“
 

Tanınmış yazarlardan yeni sözlərə SƏRT ETİRAZ

Tarix 13.07.16, 15:00

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycan dilinə yeni sözlər əlavə olunub və sosial şəbəkələrdə bu hadisə fərqli reaksiyalarla qarşılanıb.

 
Rus dilindən tərcümə edilmiş sözlər (şpilka - ipəzor, kupalnik – geyçim, ofisiant – süfrəçi) qəbul olunmalıdırmı? Azərbaycan dilində bu sözlər işlədilməlidirmi?
 
Kulis.Az bu barədə tanınmış qələm adamlarından münasibət öyrənib. Rəyləri təqdim edirik.
 
Əkrəm Əylisli: “Bu saatki Azərbaycan dili, yəni saytlardakı dil biabırçı vəziyyətdədir. Elə saytlar var ki, elementar dil qaydalarına belə əməl eləmirlər.
 
Mən lüğətlərin içindən yalnız keçən ilki lüğəti əsaslı, məsuliyyətli iş hesab edirəm. İndi hər sahədə məsuliyyətsizlik var. Bu məsuliyyətsizlik dilə də keçib. Məsələn, bir vaxtlar “plyaj” sözünü çevirib eləmişdilər “çimərlik”. Onu da elə bəh-bəhlə qarşıladılar ki, sanki böyük bir iş görüblər. Ancaq çimərlik sözünün kökü yoxdur. Azərbaycan dilində kökü olmayan söz həqiqi sayılmır. Ona görə də “çimərlik” qondarma sözdür. Ağacın kökü olduğu kimi sözün də kökü olur. Kökü olmayanda qırılıb düşür.
 
Bu yeni sözlər gətirmək ənənəsi bizə türklərdən keçdi. Sizə deyim ki, türklər də dilə yeni daxil olmuş bu sözlərdən razı deyildilər. Məsələn, bizdə türklərdən keçmə bir söz var: yazar. Bu sözün də kökü yoxdur. “Yazıçı” sözü anlaşılır, “yazı” sözünə “çı” şəkilçisi əlavə edilib və söz yaranıb. Yazar isə süni sözdür. Bizə belə süni, sintetik sözlər lazım deyil. Bir dəfə mən belə bir şey demişdim, sözümü qəribçiliyə saldılar: “Hüseyn Cavidin dili sintetikdir, onu nə ziyalı mühitində, nə də kənddə başa düşmək olmaz”.
 
Süni dil açmır məni. Söz insanın içindən gəlməlidir, söz hissiyyatın içindədir, hissin şəklidir, içəridə olanın göstəricisidir. İndi elə söz deyirlər ki, onun arxasında heç nə görünmür. Söz gərək bir mənzərə yaratsın. Yarada bilmirsə o mənzərəni, deməli süni və sintetikdir. İndi də sözün başına o qədər oyun gətirirlər ki...
 
Rus dilindən çevirirlər, bərbad günə qoyurlar. Özü də əksəriyyəti rus dilindən xəbərsizdir. Buna görə də dilimizin anasını ağladırlar. Dil cəmiyyətin göstəricisidir. Cəmiyyətdəki eybəcər keyfiyyətlər dilə keçir. Dil mədəni səviyyənin göstəricidir. Hansı dildə danışırsa o sənin mədəni səviyyəni göstərir. İndi lüğətləri mənəviyyatsız adamlar düzəldirlər. Dilin içini bilməyən, Azərbaycan dilini hiss eləməyən adamlar. Məsələn, mən əsər yazanda, ya da tərcümə eləyəndə Əylisin yuxarı başından aşağısına düşüb adamları xəyalımda danışdırıram. Məsələn, bir dəfə eqoist sözünü Azərbaycan dilində necə işlədəcəyimi düşündüm. Anam bir nəfər haqqında belə dedi: “Özünü tək istəyəndir o”. Heç nədən umacağı olmayan adam olduğu üçün o sözün qarşılığını tapmışdı. Mənim tərcüməm olan Henrix Bölün “O illərin çörəyi” əsərini çevirəndə də xəyalımda adamları danışdırmışam. Özüm əsəri başa düşürdüm, amma Azərbaycan dilində onun ifadəsini tapa bilmirdim. Buna görə də təsəvvürümdə insanları danışdırırdım. İndi mahnılarda, teatrlarda, həyatımızda olan dil hamısı iç-içə, bir yerdədir, heç biri bir-birindən ayrı deyil”.
 
Elçin Şıxlı: “İpəzor” çox mənasız görünür, "geyçim" yerinə sadəcə "çimərlik" deyərdim. Bir sözün iki məna daşıması praktikası var. "Süranə” - süni və yersizdir. Mən "vertolyot" və "helikopter" əvəzinə "dikuçar" deyərdim. Bir bunu da müzakirəyə çıxarın. Bunu kim edir? Çox maraqlıdır. "Süfrəçi" qulağa pis gəlir. "Saqi" maraqlı olardı. Həm də "süfrəçi-süpürgəçi"dən poetik səslənir”.
 
Əsəd Cahangir: “Mən bu haqda yazmışam, uğurlu tapıntı deyil. Məsələn, “geyçim” sözü.
 
1. Səslənməsi uğurlu deyil. Dilə yatmır. Bu məsələnin fonetik tərəfidir.
 
2. Sözün birinci hissəsi leksik-qrammatik omonimlik hesabına ikinci mənaya yol açdığından söz gülüş hədəfinə çevrilə bilər. Bu məsələnin leksik-qrammatik tərəfidir.
 
3. Çox şeyi geyinib çimmək olar. Sözün mənası konkret olmalıdır.
 
Söz çox şeyləri işarələyir. Bu isə məsələnin semantik tərəfidir. Beləliklə, fonetik, leksik-qrammatik və semantik baxımdan özünü doğrultmadığından qeyri-məqbul sayılmalıdır. Hərə öz başı çıxan işlə məşğul olsa, yaxşıdır. Ümumən isə dildəki sözlərin milliləşməsini alqışlamaq lazımdır. Bir şərtlə ki bu işlə həvəskarlar yox, professionallar məşğul olsunlar.
 
“İpəzor”, “Süranə”, “Süfrəçi” sözlərinin hamısı uğursuzdur və lazımsızdır. Bu bizi dünyadan uzaq salır. “İpəzor” anlaşılmır nə deməkdir. “Süranə” də həmçinin. Bu, ümumiyyətlə gülməlidir.  “Ofisiant”ı təzə sözlə əvəz etməyə ehtiyac yoxdur. O söz dildə vətəndaşlıq hüququ qazanıb artıq”.
 
Rəbiqə Nazimqızı: “İpəzor” çox gülünc səslənir, yeri gəlmişkən, rusca "şpilka" dediyimiz sözün qarşılığı var bizdə - sancaq. Ruslarda da sancaq həm saç üçün, həm paltar üçün ola bilər, yəni müxtəlif məqsədlərlə istifadə oluna bilər. “Süranə” ümumiyyətlə absurddur. Çünki bizim dildə cins kateqoriyası yoxdur və belə qondarma söz gülüşdən başqa heç bir reaksiya doğurmur. Biz “şairə” sözünü lüğətdən çıxarmaq istəyirik ki, cinsi ayrı-seçkilik olmasın, alimlərimiz geri gedirlər... "Geyçim"ə gəlincə, əslində, o sözlərin içərisində nisbətən məntiqlisi elə budur, normal sözdür, işlətmək də olar, yavaş-yavaş dil də öyrənər. Di gəl ki, bizim camaat bir az söz bəzəməyə meyllidir və dərhal cinsi azlıqları yada salacaq deyə, daha normal qarşılıq tapmaq olar.”
 
Aqşin Yenisey: “Dil üzərində aparılan istənilən yaradıcılıq işini alqışlamaq lazımdır. Amma bir məsələ var ki, dil ən təbii formada şairdə yenilənir, çünki şair dilin musiqisini eşidir və sözə çevirir. Yazıçıya isə dilin daha çox oturuşmuş, təcrübə qazanmış qatı gərəkdir. Yeni söz yaradıcılığından söhbət gedirsə, işi şairlərə etibar edəcəksən. Amma şair özü dildəki boşluğu hiss edə bilmirsə, deməli, o, öz dilinin səsini eşitmir, yazdığı dilin buraxdığı "xoruzları" tuta bilmir. Ona görə də onun işini görən dilçi alim "ipəzor" sözünü gavur dilinin ahəngində yaradır. Əslində, bu gün süni şəkildə düzəldilən yeni sözləri dil ədəbiyyatdan almalıdır, amma biz hələ ədəbiyyatın özünü ordan-burdan alırıq. Daha yaxşı olar ki, bu cür neologizmlərin yaradılması Azərbaycan ədəbiyyatında dil faktı kimi təsdiq olunmuş şair və yazıçıların ixtiyarına buraxılsın. Çünki canlı dillə ən çox onlar ünsiyyətdə olurlar”.
 
Şərif Ağayar: “İdeyanı alqışlayıram. Bu mərhələlər əvvəl-axır keçiləcək. Çünki elə sözlər var ki, danışıq dilində nə qədər işlətsək də, ədəbi dilimizdə vətəndaşlıq qazana bilmir. Amma seçim edəndə, söz yaradanda bir az hissiyyatlı davranmalıyıq. Bu neyrocərrahiyyə kimi bir şeydir. Misal üçün “İpəzor” sözünü seçən adamın Azərbaycan dili hissiyyatı yoxdur. Heç olmasa dilin ahəng qanuna uyğun gələn bir söz tapaq də. “Süranə” də onun kimi. Fars ahəngindədir. Gül kümü “Sürmək” feili zorakılığa məruz qalır. Ancaq “Geyçim” və daha çox “Süfrəçi” sözlərini məqbul hesab edirəm. Rahat sözlərdir. Misal üçün türklər “Qapmaq” və “Qaçmaq” feilindən “Çanta oğurlayan” mənasını verən “Qapqaç” sözünü yaradıblar. Gözəldir. Bu mənada “Geyçim” uğurludur. “Süfrəçi” də “-çı” şəkilçisini qəbul etməklə peşə mənasını verən sözlərimizlə rahatca qohum ola bilər. Yazı yazan yazıçı olan kimi, süfrə düzəldən də süfrəçi ola bilər. İlk baxışdan qulağa naxoş dəyə bilər, amma zaman keçdikcə öyrəşəcəyik. Bu sözü eşidən anda beynimdə bir cümlə dolaşdı: “Kafedə oturan kimi süfrəçini çağırdım.” Məncə gedir.”

MilliYol.Az



Xəbərin oxunma sayı : 58

loading...

Ədəbiyyat

Önəmli

Son xəbərlər

18 OKTYABR 2017

0:07 Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

17 OKTYABR 2017

17:55 Referendumdan sonra 700 şirkət Kataloniyanı tərk edib

17:48 Ramil Usubov bu jurnalistlərə vəzifə verdi

17:42 Vidadi Zeynalov bəraət istəyir –Apellyasiya şikayəti üzrə məhkəmə baxışı başladı

17:38 Yeniyetmələrə tətbiq olunacaq yeni cəza növünün aşağı və yuxarı həddi məlum olub

17:33 Zaqatalanın Car məscidinin vəzifəsindən azad olunan imamı QMİ-nin əmrinə tabe olmur

17:27 “Yaxşı mübarizə göstərməyə çalışacağıq”

17:22 Fikrət Hüseynli həbs edildi –Ukrayna məhkəməsindən qərar

17:17 Kürdüstan Bağdadla münaqişədə Rusiyanın vasitəçiliyini istisna etmir

17:12 “QS Regional Reytinqi 2018” - UNEC 30 pillə irəliləyib

17:05 “Pxenyan nüvə müharibəsinə tam hazırdır“

16:55 Təranə ilə küsülü olduğu Cabbar arasında efirdə dava

16:50 Dağıstanın yeni rəhbəri: “Azərbaycan Qafqazda sabitlik amilinə çevrilib”

16:45 Cenevrə görüşünün mesajları –Moskvanın “rayon əvəzinə təhlükəsizlik” ideyası dəfn edildi?

16:40 FHN-in əsgəri bıçaqlandı – İntihara cəhd etdiyi deyilir

16:35 Mahmud Abbas Azərbaycan prezidentinə məktub göndərib

16:30 "Onunla birlikdə yaşamışıq"- Rəhimdən həmkarı ilə bağlı sevgi etirafı

16:24 Maşın vuran piyada xəstəxanaya gedərkən yolda öldü

16:20 2018-ci ilin aprelinə kimi prezidentlər yenidən görüşəcəklər

16:12 “Taliban”ın törətdiyi partlayışda ölənlərin sayı 50-yə çatdı –200 nəfər də yaralı var

16:05 Poroşenko deputat toxunulmazlığını ləğv edir

15:50 ETSN: Bəzi avtomobil yollarında sürüşmələr aktivləşib

15:45 İlham Əliyev Yunanıstan səfirinin etimadnaməsini qəbul edib

15:40 “Mənə cavab verdi ki, atam heç vaxt DTK agenti olmayıb”

15:35 Britaniya da parçalanır? – Konvey Ayland müstəqillik istəyir

15:23 Rəsmi Berlin Bərzaniyə verdiyi dəstəyi dayandırdı

15:18 "İnvestor bazasının yaradılması üzərində iş gedir"

15:12 Güzəştli mənzillərin satışı ilin sonunadək başlaya bilər

15:05 Azərbaycan Türkiyənin üçüncü ən iri investorudur

14:47 Ronaldonun hamilə sevgilisindən “xoşbəxt ailə“ fotosu

14:42 Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib

14:38 “Təcili kütləvi qırğın silahı yaratmalıyıq” – Təhlil

14:33 Azərbaycanlı avtoritetin “oğru” adı özünə qaytarıldı

14:28 Qadın evlilikdən yorulmuşdu...

14:23 DMX: Bu ilin 9 ayında 1243346 əcnəbinin Azərbaycana girişi qeydə alınıb

14:17 Suriyada 9 rus həlak olub

14:12 “Azərbaycanın üç istiqamətdə addımlar atması biznes əlaqələrimizin inkişafına təkan verər”

14:05 “Səsim heç vaxt məni yanıltmayıb”

13:50 Ağ Evin başının üstündəki “Rusiyageyt” qılıncı

13:45 Qara dəniz sahillərində güclü qasırğa –Gürcüstana ciddi zərərlər dəyib

13:40 ABŞ Cənubi Koreya ilə birbaşa danışıqlara ümid edir

13:35 "Son 25 ildə ABŞ Azərbaycana 1,3 milyard dollar yardım edib"

13:05 Dolların rəsmi məzənnəsi cüzi end

12:50 Trampın İran müharibəsi - ABŞ-ın müttəfiqləri Rusiya və Çin tərəfə keçirlər!

12:42 Cennifer Lopez səhnəyə Çağla Şikelin libasında çıxdı

12:38 UNESCO-nun yəhudi direktoru İsarili niyə təmir etmir? –Tel-Əvivin mövqeyi dəyişə bilər

12:33 Saakaşvilinin tərəfdarları Kiyevdə etiraz edir

12:28 “Utanmazlığın bundan o tərəfini….” - Fazil Mustafa Ramil Usubovu müdafiə etdi

12:22 “Müşfiqin cinayət işində gördüm ki, Səməd Vurğun...” – Müsahibə

12:18 "Sarkisyan Cenevrə görüşündə verilmiş qərarı pozdu, sözünün üstündə durmadı"

12:12 BMT baş katibi Əliyev-Sarkisyan görüşü haqda

12:09 Ofisdə özünü asan universitetdə baş müəllim işləyirmiş –Təhsil müəssisəsindən açıqlama

12:05 ETSN: Bu il qanunsuz ovla məşğul olan 110 nəfər saxlanılıb

11:53 Azərbaycanın xaricdəki ticarət nümayəndələri səfirin maaşının 90 faizi həcmində maaş alacaqlar

11:49 "Banklar üçün qısamüddətli likvidliyi təmin etmək başağrısıdır"

11:44 İtaliyanın “Edison“ şirkəti Azərbaycan qazı alacaq

11:35 Əfqanıstanda polis idarəsinə hücum –6 nəfər ölüb, 30-dan çox yaralı var, İki terrorçu məhv edilib

11:30 Dəniz Baykal növbəti dəfə əməliyyat olundu –Rektordan nikbin açıqlama

11:25 Ticarət nümayəndələrinin funksiyaları bəlli oldu

11:20 Bakıda gecə klubunda Türkiyə vətəndaşları arasında dava düşüb

11:09 Dil kursları mərkəzinin rəhbəri özünü asdı –Bakıda intihar

11:05 BFB: Səhmlərin kütləvi üsulla yerləşdirməsini həyata keçirməyə hazırıq

10:55 Bakıda iki qadın intihar edib

10:47 Altı tələbənin ölümü ilə nəticələnmiş qəzada zərərçəkənlərə 41250 manat ödənilib

10:42 Bakıda intihar – Şirkət rəhbəri özünü iş yerində öldürdü

10:37 Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başlayıb

10:32 Azərbaycan-Rusiya sərhədində yeni körpünün tikintisinə sabah start veriləcək

10:28 Nail Naiboğlunun arvadı öldü

10:24 Qarabağda itkin düşən azərbaycanlıların sayı dəqiqləşdirildi – Rəsmi

10:20 “Baş məşqçimizə qulaq asmalıyıq“

10:16 Bu günə olan məzənnələr – Rəsmi

10:12 Kərkük kürdlərdən alınır

10:09 "Mogerini və ya Lavrovun nəsə deməsinin ABŞ-a təsiri ola bilməz"

10:05 Ölkə ərazisində şimşək çaxıb, leysan, qar yağıb - Faktiki hava

16 OKTYABR 2017

17:55 “Vulqar ifadələr, küçə danışıq tərzi baş alıb gedir”

17:47 “Prezidentlər gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar”

17:42 Kərkükdən bir Foto – Kürdlər Ərbilə qaçır

17:37 Dolların sabaha olan məzənnəsi

17:28 “Biznes bir az da elmə vergi versin”

17:22 Azərbaycan prezidentinin İsveçrəyə səfəri başa çatıb

17:17 Bərzaninin qoşunu Kərkükdən qaçır

17:12 “Prezidentlər gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar”

17:05 “Ukrayna hakimiyyəti məni öldürə bilər” - Mixail Saakaşvili

16:50 “Orada hamının iç üzünü gördüm“ - “Maşın“dan gedən Zemfira

16:45 Altı aylıq “hakimiyyətin” fəsadları: Aydın Əliyev Yusif Sərrac durumunda

15:44 Bakıda “Verti” MMC-nin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb

13:25 Türkiyədə xalqın dəstəyi ilə 562 terrorçu məhv edilib, 609 nəfəri tutulub

13:18 Sumqayıtda maşın azyaşlını vuraraq öldürüb

13:12 Qaz, su və elektrik enerjisini talayanlara 7 ilədək həbs cəzası – Təklif

13:05 Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb

12:55 FTX ilə əməkdaşlıqdan imtinaya görə “Telegram” cərimələnib

12:49 Bakı İstintaq Təcridxanasında məhbus özünü mələfə ilə asıb

12:45 “Ərzaq təhlükəsizliyi dünyada sülhün, sabitliyin və davamlılığın təmini üçün vacibdir”

12:37 Yağış yağacaq, bəzi yerlərdə intensiv ölacaq

12:33 “Geomaqnit qasırğası sabahdan əvvəlki normasına düşəcək“

12:27 Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 7% yüksəlib

12:22 ABŞ səfiri Cənub Qaz Dəhlizinin əhəmiyyəti barədə

12:17 Bakıda öldürülən iranlı tələbə Novxanıda dəfn olunub –Qətlin səbəbi araşdırılır

12:13 7 Rəisin iş yeri dəyişdirildi– Əmr

12:05 ABŞ “Green Card“ üçün müraciətləri dayandırıb

11:55 Neftin qiyməti 58 dolları keçdi

11:45 “Heç bir qüvvə ailəmi dağıda bilməz“ - Aygün

11:40 Avstriyada keçirilmiş parlament seçkilərində Sebastyan Kurtsun partiyası irəlidədir

11:35 Salyan Regional Qaz İstismarı İdarəsinə şok ittihamlar: 38 faiz qaz itkisinin səbəbi nədir?

11:31 Baş nazirin müavini 13.5 milyonluq qalmaqalın mərkəzində

11:28 Bakıda gömrükçülər həbs edildi – aralarında deputatın qohumu da var

11:18 “Bir etiraf edim: Heydər Əliyevin zamanında...”

11:13 Tehrana sataşan Tramp bir güllə ilə iki dovşan vurdu

11:09 Oğuzda 50 yaşlı kişi ağacdan yıxılaraq ölüb

11:05 Qırğızıstanın yeni prezidenti bəlli oldu

10:57 “Rusiyanın Ermənistana silah verməsi həmsədrlik mandatı baxımından yanlışdır”

10:52 "Abdülhey" ikinci dəfə evləndi

10:47 Avropa İttifaqı Türkiyə ilə münasibətlərini müzakirəyə çıxarır –Sammitdə üzvlüklə bağlı hansı qərarlar qəbul olunacaq?

10:42 Azərbaycana keyfiyyətli dərmanların gətirilməsi üçün yeni qaydalar hazırlanır –Nazirlik

10:37 İrana qızıl “atan” məhbus biznesmen Rza Zərraba Amerika zəmanət verib? – Araşdırma

10:32 “Dolların uçot dərəcəsinin artırılması davam etdiriləcək”

10:26 Binəqədidə 75 yaşlı kişi özünü 7-ci mərtəbədən atdı –İntihar

10:22 Dəniz Baykal xəstəxanaya yerləşdirilib

10:17 Kürdlər Kərkükdə İraq ordusu ilə döyüşə girib

10:13 Erməni pilotoloqlar prezidentlərin görüşündən ciddi qərarlar gözləmir



loading...
İşlədiyi reklam şirkətindən qovulub milyon dollarlıq biznes qurdu

Mənfi fikirlərdən xilas oldu
AFFA-nın baş katibi "stoyanka" pulu yığır

AFFA-nın baş katibi Elxan Məmmədovun gözü doymur
Tia.az saytı 8 yaşında

Bu gün Tribuna İnformasiya Agentliyinin (Tia.az) 8 yaşı tamam olur.
“Turan“a qarşı vergi sanksiyası ləğv olundu

Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan” İnformasiya Agentliyinə təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016