Cümə axşamı, 20 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Türkiyənin baş naziri Bakıya rəsmi səfərə gələcək


Türkiyənin baş naziri Binəli Yıldırım sabah Bakıya rəsmi səfərə gələcək

Bunu Türkiyə Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildiriblər.

O, Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasi-zadə və digər rəsmi şəxslərlə görüşəcək. 

B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna qatılacaq. Türkiyənin baş naziri forum çərçivəsində keçiriləcək “Güc: Böyük güclər və başqaları” mövzusunda paneldə çıxış edəcək.

B.Yıldırım xarici dövlətlərin foruma qatılacaq rəsmiləri ilə ikitərəfli görüşlər də keçirəcək.

Baş naziri Bakıya səfəri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müşayiət edəcək. (report.az)
Etiket:

loading...