Türkiyədə yenidən partlayış olub. Partlayış səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında baş verib.
Məlumata görə, partlayış avtobusda törədilib. İnsident zamanı ölən və yaralıların olduğu bildirilir. Partlayış məzuniyyətə çıxan əsgərləri avtobusa minən zaman zaman baş verib.
Hadisə yerinə xeyli sayda təcili yardım və yanğınsöndürən maşınları cəlb olunub.
***
Türkiyə Silahlı Qüvvələri Kayseridəki partlayışla bağlı açıqlama yayıb: "Kayseri Komando Toqay Komandanlığından məzuniyyətə çıxan hərbçiləri daşıyan avtobusa bombalı hücum nəticəsində 13 qəhrəman əsgərimiz şəhid olub, 48-i yaralanıb. Mənfur hücum zamanı sivil vətəndaşlarımızdan da yaralananların ola biləcəyini düşünürük".
MilliYol.Az
Digər xəbərlər
loading...