“İslam Əməkdaşlıq Təşkilatı ABŞ Prezidenti Donald Trampın qərarını qınamaqdan əlavə mövqeyini də ortaya qoymalıdır”
Axar.az xəbər verir ki, bu sözləri Baş nazir müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib.
O bildirib ki, Türkiyə Fələstin-Qüds məsələsində hər zaman düzgün və konkret olan qərarları dəstəkləyib:
“Türkiyə bu məsələdə bundan sonra da dəqiq və açıq siyasətin tərəfində olacaq. ABŞ-ın Qüdsü tanıması adi bir qərar deyil. Qüds yəhudilər, müsəlmanlar və xristianlar üçün önəmli bir şəhərdir. Bu qərar hesabı, kitabı aparılmayan, bölgəni atəşə atan qərardır. Nəyahət bölgəni atəşə atdılar və həqiqətləri əks etdirməyən, tarixi rədd edən qərarı qəbul etdilər.
BMT-nin qərarını və beynəlxalq razılaşmaları pozan bu qərər bölgədəki barışı yox etdi. Qüdsün statusunu dövlətlər deyil tarix müəyyənləşdirib. ABŞ-ın verdiyi qərarla Qüdsün taleyi dəyişə bilməz. Buna onların gücü yetməz”.
Digər xəbərlər
loading...