Dünən axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda "Vodafone Arena" yaxınlığında baş vermiş terror aktı ilə əlqədar ölkədə 1 günlük matəm elan edilib.
MilliYol.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, baş nazir Bineli Yıldırım tərəfindən nazirliklərə göndərilən sənədlərdə ölkə ərazisində bütün bayraqların 1 günlük endirilməsi barədə təlimat verilib.
Xatırladaq ki, partlayış nəticəsində 27-si polis olmaqla 38 nəfər həlak olub, 166 nəfər yaralanıb. Bu barədə Türkiyə DİN rəhbəri Süleyman Soylu bildirib.
Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
DİN rəhbəri qeyd edib ki, iki partlayış törədilib. Onlardan biri kamikadze tərəfindən törədilə bilər. İkinci partlayışda minalanmış avtomobildən istifadə edilib, çünki bu daha güclü olub.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...