Çərşənbə axşamı, 21 Avqust 2018
USD : 1.7
EUR : 1.996
Hava
+34 ° Baku
+28 ° Quba
+28 ° Qusar
+32 ° Gəncə
+31 ° Lənkəran
+36 ° Naxçıvan
+33 ° Salyan
+31 ° Şəki

Türkiyədə kişi azərbaycanlı arvadını öldürəndən sonra intihar edib


Türkiyənin İqdır bölgəsində azərbaycanlı qadın qeyri-rəsmi nikahda olduğu kişi tərəfindən öldürülüb

APA-nın “Haberler.com”-a istinadən verdiyi xəbərə görə, vilayətin Şıracı kəndində 35 yaşlı Taner Parlarla həyat yoldaşı Hicran Hüseynova arasında naməlum səbəbdən mübahisə yaşanıb. Nəticədə Taner Parlar silahı ilə H. Hüseynovanın başından vuraraq öldürüb. Daha sonra böyük qardaşına zəng edərək cinayət törətdiyini etiraf edib və özünə də ürəyindən atəş açaraq intihar edib.

Onların meyitləri ekspertiza üçün morqa göndərilib.

Qeyd edək ki, onların iki övladı var. Uşaqlar hadisə baş verən zaman evdə yatırmışlar. Cinayəti törətmiş T. Parların rəsmi nikahda olduğu arvadından isə üç uşağı var.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az
Etiket:

Vacib xəbərlərimizdən Poliqon İA (PİA.az) Teleqram-kanalından xəbər tutun.


Populyar xəbərlər

Geosiyasət

Korrupsiya

Elm və Texnologiya

Din və Mistika

Araşdırma

Media