Suriya müxalifəti Astanada keçiriləcək Suriya böhranı üzrə görüşdə iştirak etməyəcək
Trend-in məlumatına görə, bunu nümayəndə heyətinin üzvü Üsamə Əbu Zeyd deyib.
O bildirib: "Bizim bəyanatımız çox aydındır: müxalifət Astana görüşünün üçüncü raundunda iştirak etməyəcək, belə ki, atəşkəs haqqında vədlərə hələ də əməl olunmur".
Xatırladaq ki, Suriya böhranının həlli üzrə Astana görüşünün üçüncü raundu martın 14-15-də keçiriləcək. Bundan əvvəlki görüşlərdə Suriya müxalifəti, Əsəd hakimiyyəti, Türkiyə, Rusiya və İran nümayəndələri iştirak ediblər.
MilliYol.az
Digər xəbərlər
loading...