Çərşənbə axşamı, 16 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Sumqayıtda 46 yaşlı qadın döyülüb


Sumqayıt şəhərində qadın qonşusu tərəfindən döyülüb
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Pərvanə Hüseyn qızı Dadaşova onunla qonşuluqda yaşayan qadın tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən P.Dadaşovanın vəziyyətinin qənaətbəxş olduğu bildirilib. 

Məlumata görə, hadisəyə səbəb qonşular arasında uzun müddətdir davam edən ədavət və P.Dadaşovanın məhkəməyə müraciət etməsi olub. 

Faktla bağlı araşdırma aparılır.
Etiket:

loading...