ABŞ əhalisinin yarısından bir qədər az hissəsi (42%) dövlət başçısı Donald Trampı ölkə tarixinin ən pis prezidentlərindən biri hesab edir
MilliYol.Az "Report" -a istinadən xəbər verir ki, "Marist Poll" şirkətinin keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.
Hər beş amerikalıdan yalnız biri (19%) D.Trampın orta səviyyəli prezident sayılacağına inanır. Respondentlərin cəmi 7%-i onun ABŞ tarixinin ən yaxşı prezidenti olacağını düşünür.
"Donald Trampın prezidentliyinin ilk ilinin geridə qalan xeyli müddəti ərzində reytinqinin aşağı olması tarixin onu necə mühakimə edəcəyi ilə bağlı gözləntilərini azaldıb", - şirkət nümayəndəsi Li M.Mirinqoff bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...