Bazar ertəsi, 22 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

SOCAR dizel yanacağına tələbatın yüksəlməsi ilə əlaqədar istehsalı artırıb


"Cari ilin I rübündə xam neftin ixracında da artım müşahidə olunub"

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında 413 min ton təşkil edib, əvvəlki ilin analoji göstəricisinə nisbətən cüzi dəyişib.

"Bu da əsasən dizel yanacağına ölkə daxili tələbatın təxminən 21% artması ilə bağlıdır. Daxili bazarda tələbatın artması ilə əlaqədar dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6,4% yüksəlib. Ötən ildə dizel ixracının bu ilə nisbətən daha yüksək olması, həm də 2016-cı ildən anbarlarda qalan dizel məhsulunun bir qisminin məhz 2017-ci ildə ixrac edilməsi ilə bağlıdır", - deyə məlumatda vurğulanıb.

SOCAR-dan bildirilib ki, bunun müqabilində kimya sənayesinin məhsullarının ixrac həcmi artıb. 2018-ci ilin yanvar-mart aylarında yüksək təzyiqli polietilenin istehsalı 3% artıb, məhsulun ixrac həcmi isə təqribən 11% yüksəlib. Həmçinin butilen butadien fraksiyasının istehsalı 11% artaraq, həmin məhsulun ixracının 12% yüksəlməsinə səbəb olub.

MilliYol.Az
 
Etiket:

loading...