Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nizamnamə kapitalı 40 faizə yaxın artırılacaq
Oxu.Az xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Bildirilir ki, idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsinə görə SOCAR-a 300 milyon manat subsidiya yönəldiləcək.
Eləcə də, bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq şirkətin nizamnamə kapitalının artırılmasına 663,2 milyon manat ayrılacaq.
Digər xəbərlər
loading...