Bazar ertəsi, 22 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Səudiyyə Ərəbistanı kralı ABŞ-ı tənqid etdi


Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səud ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək barədə qərarına görə Amerika prezidenti Donald Trampı tənqid edib

RİA "Novosti" xəbər verir ki, o bunu Ərəb Dövlətləri Liqasının (ƏDL) zirvə toplantısındakı salamlama nitqində deyib.

Sammit bu gün Suriyadakı vəziyyətin gərginləşməsi fonunda Səudiyyənin Dəhran şəhərində keçirilir.

"Biz bir daha ABŞ administrasiyasının səfirliyin Qüdsə köçürülməsi barədə qərarını rədd edirik", - deyə monarx bildirib.

Səudiyyə kralının sözlərinə görə, "Şərqi Qüds Fələstinin paytaxtıdır".(virtualaz.org)
Etiket:

loading...