Türkiyənin Samsun bölgəsində mülk sahibi olan azərbaycanlıların sayı artır
Təkcə bu ilin ilk yeddi ayı ərzində 8 azərbaycanlı sözügedən ərazidən daşınmaz əmlak alıb.
Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyənin milliyet.com saytı məlumat yayıb.
Saytın Samsun Regional Kadastr müdiri Həsən Özalbaya istinadən verdiyi məlumata görə, 2018-ci ilin ilk 7 ayı ərzində bölgədə 26 ölkədən olan əcnəbilər tərəfindən 316 daşınmaz əmlak alınıb. Ən çox mənzil sahibi olanlar isə iraqlılardır. Onlar Samsun ərazisində ümumilikdə 265 daşınmaz əmlak alıblar.
Növbəti yerləri Azərbaycan (8), Böyük Britaniya (6), İran (6), Əfqanıstan (4), Yeni Zeelandiya (2), İsveç (2), Birləşmiş Ərəb Əmirlikləri (1) və digər ölkə vətəndaşları tutur.
Mənbə yazır ki, son illər Türkiyədə əcnəbilərə satılan mənzillərin çoxu məhz Samsun bölgəsindədir. Bu bölgəyə iraqlıların axın etməsi isə qiymətlərin münasib olması və İraqda döyüşlərin getməsi ilə əlaqədardır.
Digər xəbərlər
loading...