Bazar ertəsi, 20 Avqust 2018
USD : 1.7
EUR : 1.996
Hava
+34 ° Baku
+28 ° Quba
+28 ° Qusar
+32 ° Gəncə
+31 ° Lənkəran
+36 ° Naxçıvan
+33 ° Salyan
+31 ° Şəki

Saman altından axan sular - Elkaponenin qəfil fəallaşmasının səbəbi nədir?


Nədənsə Füzuli Məmmədov adətən ölkəmizdə gərgin ictimai-siyasi proseslər ərəfəsində fəallaşır

Yerli medianın gah Füzuli Məmmmədov, gah da Frenk Elkapone kimi təqdim etdiyi rusiyalı iş adamı yenidən fəallaşıb. Qeyd edək ki, avantürayaya meyilli olması ilə seçilən əslən naxçıvanlı iş adamı Azərbaycanda siyasi-ictimai hadisələrin baş verdiyi bütün zamanlarda aktivləşib və daha heç bir nəticələri olmayan siyasi avantüraları ilə yadda qalıb. 

Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda partiya quraraq siyasi iddiasını ortaya qoymuş, lakin bir müddət sonra F. Məmmədov  qəflətən partiyasını buraxmış, “Azərbaycan XX əsr” qəzetini bağlayıb sanki qeybə çəkilmişdi. Yəqin ki, orta nəsil oxucunun xatirində qalmış olar: həmin illərdə Elkapone özünü Heydər Əliyevlə qiyaslandırırdı. Eyni ilə ümummilli liderin Naxçıvana qayıdışıını səhnəsini özü üçün quraşdırırdı. Naxçıvana, doğulduğu kəndə getdiyi zaman kənd camaatına ayağının alıtnda qurban kəsdirir, sonra bu səhnənin şəklini qəzetində verdirərək altından yazdırırdı: “Gəlişinə qurban demişdik”. Yəni faktiki olaraq Füzuli Məmmədov həmin dönəmdə Frenk Elkapone adını daşısa da, (yeri gəlmişkən, bu soyad da onun biznesinin qurulmasında ciddi faktor kimi qiymətləndiirlə bilər- bu barədə az sonra...), özünü mərhum prezident Heydər Əliylə eyni tərəziyə qoymaq üçün əlindən gələni arxasına qoymurdu. Lakin Heydər Əliyev kimi nəgəngin hakimiyyət başında olması onun siyasi iddialarının gerçəkləşdirməsini əngələyirdi və təbii ki, Frenk Elkapone mübarizəyə pul xərcləməyi mənasız bilərək məmləkəti tərk etdi. 

Onun partiyasında çalışanların deməsinə görə, Füzuli Məmmədov Rusiya xüsusi xidmət orqanlarının adamı olaraq Azərbaycanda siyasi iddialar irəli sürürdü və Azərbaycana o zaman dəbdə olan ifadə ilə desək, “x günü” üçün göndərilmişdi. Yəqin ki,  Frenk Elkaponedən daha çox, Rusiya xüsusi xidmət orqanları Heydər Əliyevə qarşı pul və resurs sərf etməyin mənasızlığını anlayaraq, Heydər Əliylə münasibətləri qorumaq üçün Elkoponeni geri çağırmışdılar. Həttta Rusiya xüsusi xidmət orqanları Heydər Əliyevin qarşısında günühlarını yumaq üçün Frenk Elkaponeni narkotiklə yaxalayaraq həbs də etmişdilər. 

Картинки по запросу Füzuli Məmmmədov həbs olundu

Xatirinizdədirsə, 2000-ci illərdə ölkə başçısının ağır xəstə olduğu və tezliklə hakimiyyətdən gedəcəyi söylənilirdi, yerli və istər daxili, istərsə də xarici müxalifət Heydər Əliyevin iqtidardan gedəcəyi günə - “x günü”nə hazırlaşırdılar. Həmin mürəkkəb və çətin dönəmdə Elkopone yenidən Azərbaycana qayıtdı və yenidən öz siyasi iddialarını ortaya qoydu. Elkaponenin də Rusiyanın hazırlıq variantlarından biri olduğu bildirilirdi. Lakin 2003-cü ilin məlum hadisələrindən sonra Füzuli Məmmədov yenidən “qeyb oldu”. Bir də ölkənin çox həssas, siyasi təlatümlü bir vaxtında - qonşu ölkələrdə rəngli inqilabların baş verdiyi 2005-ci ildə yenidən Azərbaycanda varid oldu. Hansı ki, həmin illərdə regionda marağı olan bütün kəşfiyyat orqanlarının gözü Azərbaycana dikilmiş, rəngli inqilablarla bağlı xaricdən sifariş almış hakimiyyə tdaxili və yerli müxaliflərin verilən tapşırıqları necə yerinə yetirəcəklərini izləyirdilər. Məhz həmin vaxt Frenk Elkaponene fəallaşmağa başladı və onun adı və fotoları Azərbaycan qəzetlərinin səhifələrini bəzədi. Məhz 2005-ci ildə cənab Elkapone-Məmmədov birdən-birə üç təşkilat yaratdığını bəyan etdi: 

- Beynəlxalq İctimai Birliklər İttifaqı
- Dünya Azərbaycanlıları İttifaqı
- “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu

Azərbaycan mediası “böyük xeyriyyəçi” və iş adamı Füzuli Məmmədovun vətən və xalq naminə gördükləri işlərə dair səhifə-səhifə yazı sifarişləri alırdılar. Pul kisəsinin ağzını açan Füzuli Məmmədovun qəfil səxavətliliyi diqqəti uzaqdan cəlb etsə də bu onun vecinə deyildi. Lakin Azərbaycan hakimiyyətinin və xüsusi xidmət orqanlarının səyləri nəticəsində rəngli inqilab cəhdlərinin qarşısı alındı və ehtiyat edən Füzuli Məmmmədov ənənəsinə sadiq qalaraq yenidən “qeybə çəkildi”. Bu dəfə ki, qeybolma 10 il çəkdi və ta 2013-cü ilə qədər davam etdi. 

Yəqin o qədər də uzaq olmayan 2013-cü il prezident seçkilərini hər kəs xatırlayır. Rusiyanın “Milyarderlər ittifaqı” proyekti və Milli Şura layihəsi. Məhz gərgin istimai-siyasi proseslərin cərəyan etdiyi həmin vaxt Elkapone yenidən öz reklamına start verdi. Doğrudur, müsahibələrində siyasətlə məşğul olmadığını deyir, lakin bir tərəfdən də Rusiyanın adamı olduğu şübhə doğurmayan Rüstəm İbrahimbəyovu çox açıq mətnlə mədh və müdafiə edirdi. Prezident İlham Əliyevin nəinki xeyrinə bir kəlmə demirdi, heç adını belə çəkmirdi. O, Rusiyanın layihəsini təkcə mediaya verdiyi müsahibələrdə deyil, təşkil etdiyi xeyriyəçilik tədbirlərində də müdafiə və təbliğ edirdi. Lakin həmin ildə də Rsuiyanın və Füzuli Məmmədovun xəyalları suya düşdü və Rusiyanın layhəsi uğursuzluğa uğradı.İlham Əliyev bütün Azərbaycan xalqının dəstəyini alaraq prezident seçildi.

Nəhayət, 2018-ci il prezident seçkiləri ili. Bu dəfə “qəhrəmanımız” guya diqqəti çəkməmək üçün fərqli taktika seçib, daha doğrusu, ona göndərənlər bu taktikanı seçib. Artıq Frenk olmaqdan çıxan Füzuli Məmmədov işə 2017-ci ildən başladı. Bir tərəfdən diaspor fəaliyyətində aktiv fəaliyyət nümayiş etdirdiu,, digər tərəfdən isə Azərbaycanda Qarabağ müharibəsi iştirakçılarına mənzil paylamağa, maddi yardımlar etməyə başladı. Bu ilk baxışda sıradan xeyriyyəçilik hərəkəti kimi görünə bilər. Lakin cənab Məmmədov bütün bu addımlarını ictimailəşdirir, özünü Qarabağ qaziləri üzərindən reklam etdirir. Onun “xeyriyyəçi”liyini içlərində hakimiyyətə çox yaxın olan saytlar da ictimailəşdirir. Görünən odur ki, “böyük xeyriyyəçi” yenidən kisənin ağzını açıb...

Похожее изображение

Yeri gəlmişkən, ölkə ictimaiyyətinin diqqəti aprel döyüşlərindən sonra işğaldan azad olunan Cocuq Mərcanlının üzərində cəmləşdiyi bir vaxtda fürsətcillikdə tayı-bərabəri olmayan Füzuli Məmmədov   həmin kənddə infrastrukturun qurulmasına 3 milyon manat ayıracağını bəyan etmişdi. Lakin sonradan vədinə xilaf çıxdı və indi belə özünü saytlarda geninə-boluna reklam etdirən Füzuli Məmmədov bu vədini xatırlamır. Sanki heç belə bir vəd verməmişdi...

Diqqəti çəkən başqa bir məqam Füzuli müəllimin işlədiyi qruplardır. Elkapone əsasən gənclərlə işləyir. Əlbəttə, xüsusi xidmət orqanlarının dəfələrlə sınaqdan keçirdiyi taktikadır. Təcrübəsiz gəncləri inandırmaq, ələ almaq daha asandır. Onlarla işləmək həmçinin daha az xərc tələb edir və üstəlik gənclərin beyinlərini qızışdırdıqdan sonra istənilən avantüraya və təxribata cəlb etmək olur. Təbii ki, Füzuli Məmmədov bu gün ələ aldığı gənclər və Qarabağ qaziləri gərəkdiyi zaman Rusiyanın Azərbaycandakı beşinci kolonunun avanqardı üçün çox gözəl yarayır. Və heç kim təminat verə bilməz ki, bu gün Füzuli Məmmədovun ələ aldığı gənclər və Qarabağ qaziləri sabah hansı rola yüklənəcəklər.

Rusiya beşinci kolonun xas adamlarından olduğu şübhə doğurmayan Füzuli Məmədovun daha hansı addımlar atacağını diqqətlə izləyirik və güman ki, onun fəaliyyətinə həsr olunmuş bu yazımız son deyil...

P. S. Füzuli Məmmədovun şəxsiyyəti kimi Elkopone soyadı da həmişə maraq doğurur. Mediada dəfələrlə yer almış iddialara görə, “Elkapone” iş adamının İtaliyadan olan biirnci xanımının soyadıdır. İtaliyada vətəndaşlıq almaq üçün Füzuli Məmmədov bu ölkənin vətındaşı olan xanımla ailə qurmuş və adını, soyadını dəyişdirərək, xanımının soyadını götürmüşdü. Yeri gəlmişkən, qeyd edək ki, Füzuli Məmmədov arvadının soyadına götürərərək xarici vətəndaşlıq alan bəlkə də yeganə Azərbaycan kişisidir. 

Şəxsiyyətinə gəldikdə isə bu barədə iddialar onun öz doğma qardaşına aiddir. Qardaşı yerli mətbuatda iddia edib ki, Füzuli Məmmədov dünyasını dəyişmiş qardaşlarının şirkətdəki səhmlərinə “əl qoyub”, həyatda olan digər qardaşının da payını mənimsəyib. Qardaşı Elkaponenin mafioz olduğunu və onun əleyhinə danışacaq adamları ölümlə hədələdiyini də söyləmişdi. 

MilliYol.az
Etiket:

Vacib xəbərlərimizdən Poliqon İA (PİA.az) Teleqram-kanalından xəbər tutun.


Populyar xəbərlər

Geosiyasət

Korrupsiya

Elm və Texnologiya

Din və Mistika

Araşdırma

Media