Martın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
MilliYol.Az Virtualaz.org-a istinadən bildirir ki, səhər bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun yarımadada gecə 3-5°, gündüz 10-15°, Bakıda gecə 3-5°, gündüz 13-15° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7°, gündüz 13-18°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...